Modern.az

Türk dünyasının ortaq media platforması yaradılmalıdır!

Türk dünyasının ortaq media platforması yaradılmalıdır!

Media

8 May 2024, 16:52

Bu ilin iyul ayında Azərbaycanda Türk Dövlətləri Təşkilatının (TDT) qeyri-rəsmi zirvə toplantısı keçiriləcək. Görüşün Şuşada keçirilməsi gözlənilir. Dövlətmizin başçısı İlham Əliyev fevralın 14-də keçirilən andiçmə mərasimindəki nitqində da Türk dünyası ilə bağlı fikirlərini dilə gətirib.

 

“Biz beynəlxalq təşkilatlarla bağlı bundan sonra da öz addımlarımızı atacağıq, ilk növbədə, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu, bizim üçün prioritetdir. Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır”,- deyə prezident bildirib.

 

Qeyd edək ki, bu gün yeni geosiyasi reallıq Türk dünyasında inteqrasiya proseslərini sürətləndirib. Tarixi qardaşlıq əlaqələri, ortaq dil, mədəniyyət və adət-ənənələrdən ilhamlanan bu fenomen nəhəng Avrasiya materikində mühüm siyasi və iqtisadi nəticələr əldə etməyə imkan verib. Bunun fonunda  türk dövlətləri arasında əməkdaşlıq öz səmərəliliyini göstərməyə başlayıb. 

 

Türk ölkələrinin jurnalistləri Modern.az-a Türk dünyasında nələrin baş verdiyi, Türk ölkələrinin gücü və inteqrasiyası barədə danışıb.

“Daily Mail”, "Daily Star" və “Avrupa News Agency” platformalarının təmsilçisi Alpaslan Duven qeyd edib ki, bu gün Türk dünyasının güclənməsi həyacanvericidir.

 

"Türk dünyasının ilk olaraq ortaq əlifba və dil problemini həll etmək lazımdır. Bu mövzuda bütün Türk dövlətləri maraqlı olmalıdır. Bununla bərabər Türk ölkələrinin birləşməsi və inteqrasiyası üçün Zəngəzur dəhlizinin açılması vacibdir. Belə ki, dəhlizin  açılması ilə Türk dövlətləri arasında iqtisadi sahədə çox əhəmiyyətli irəliləyişlər əldə ediləcək. Bununla da bölgədə rifahın atmasını da müşahidə edə bilərik. Zəngəzur Türk dünyasının “Parlayan ulduzu”dur. Türk xalqlarının bir olmaqdan başqa şansı yoxdur. Ya bir olacağıq, ya da bir-bir yox olacağıq. Amma biz Türk dövlətləri olaraq bir olmağı seçirik. Ona görə də addımlarımızı daha sürətli atmalıyıq. Bütün sahədə əməkdaşlıqları gücləndirməliyik”.

 

Özbəkistanlı jurnalist Hamza Cumayer isə deyir ki, türk dövlətləri hər bir sahədə əməkdaşlığa maraqlı olmalıdır:

 

"Siyasətdə, iqtisadiyyatda, təhlükəsizlik və digər sahələrdə əməkdaşlıq etmək bizim üçün vacibdir. Amma hazırda Türk dünyasının gəldiyi vəziyyət bizim üçün çox sevinidiricidir. Yaxın on illə müqayisə edəndə görürük ki, Türk dünyasında əhəmiyyətli dəyişikliklər baş verib. Bu dəyişikliklərin hamısı müsbət istiqamətdə atılıb. Türk ölkələri arasında bu əlaqələr inteqrasiyaya səbəb olub. Amma biz bununla kifayətlənməli deyilik. Daha da güclü əməkdaşlıq edə bilərik. Çünki buna bütün Türk ölkələrinin potensialı var. Türk dünyasının güclənməsi bəzi dövlətlərin və qüvvələrin xoşuna gəlməyə bilər. Bu da çox normaldır, çünki Türk ölkələrinin birləşməsi bəzi ölkələrə təhlükə yarada bilər. Ona görə də həmin qüvvələr Türk ölkələrinə qarşı addımlar atırlar. Amma Türk dünyası daha böyük irəliləyişlər üçün əmin addımlar atmalıdır.

Qazaxıstanlı politoloq  və jurnalist Amangeldi Kurmet isə Türk dünyasının bəzi ölkələrə qorxu olduğunu düşünür:

 

“Qazaxıstanlı jurnalist olaraq mən Türk dünyasının hazırkı durumunu yüksək qiymətləndirirəm. Son illərlə müqayisədə biz bunu aydın şəkildə görə bilərik. Qazaxıstan mediası ötən illərlə müqayisədə hazırda Tür dünyasında baş verən önəmli hadisələri oxuculara ciddi şəkildə çatdırmağa çalışır. Düşünürəm ki, siyasi, hərbi və iqtisadi sahədə əməkdaşlıq gücləndirilməlidir. Gələcəkdə Türk ölkələrinin bir-birinə hərbi yardım edilməsi müzakirə olunmalıdır.

 

Bununla bərabər Türk dünyasında baş verən hadisələri oxuculara daha operativ şəkildə çatdırılması üçün ortaq platforma yaradılmalıdır. Məsələn, mayın 10-da Azərbaycan və Ermənistan XİN başçılarının görüşü baş tutacaq. Amma Qazaxıstan mediası buna o qədər də ciddi yanaşmadı. Bildiyiniz kimi, Qazaxıstanda media iki dildə yayımlanır - rus və qazax dilində. Rus dilində yayımlanan mediada hələ də Türk dünyanın birləşməsinə və inteqrasiyasına şübhəli yanaşanlar var. Ona görə də ortaq media platformasının yaradılması lazımdır. Dövlətlər arasında ilk olaraq media birliyinin olması çox vacibdir, çünki media bir çox mülahizənin qarşısını ala bilir”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi