Modern.az

Bakıda istehlakçıları aldadanlar ifşa edildi

Bakıda istehlakçıları aldadanlar ifşa edildi

Aktual

25 May 2017, 14:35

Azad İstehlakçılar İctimai Birliyinə (AİİB) evlərə zəng vurularaq "uduşa düşmüsünüz" deməklə keyfiyyətsiz mal satışı barədə mütəmadi şikayətlər daxil olub.

Bu haqda Modern.az-a AİB-in sədri Eyyub Hüseynov məlumat verib.

O qeyd edib ki, növbəti şikayət danışıq yolu ilə həll olunub:

 

“Belə ki, evlərə mal apararaq kassa çeki vermədən malları istehlakçıya verərək, saxta ünvanlar göstərən şəxslərin məşhur "King" mağazalar şəbəkəsi ilə əlaqəli olduğu bilinib”.

 

E.Hüseynov deyib ki, Birliyin eksperti Taryel Ağayev Sədərək ticarət mərkəzinə gedərək istehlakçının aldadılaraq aldığı malları "King" mağazasına qaytarıb.

 

Gülşən RAUFQIZI

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı