Modern.az

Qətər əmiri Ərdoğanın dəvətinə "yox" dedi: iftarda iştirakdan imtina etdi

Qətər əmiri Ərdoğanın dəvətinə "yox" dedi: iftarda iştirakdan imtina etdi

Dünya

10 İyun 2017, 10:22

Körfəz böhranından öncə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iftar dəvətinə bu həftə sonu gəlməli olan Qətər əmiri Şeyx Təmim bin Hamad Əl-Sani, ziyarət görüşünü ləğv edib.

 

Modern.az Türkiyə KİV-nə istinadla bildirir ki, ötən həftə Qətər əmiri ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı keçirərək iyunun 10-da Türkiyədə görüşməyi qərara almışdı.

 

Lakin həftənin əvvəlində Səudiyyə Ərəbistan başda olmaqla, digər Körfəz və ərəb ölkələrinin Qətərə sanksiyalar tətbiq etməsi nəticəsində, Əmir Əl-Sani bütün xarici səfərləri ləğv edib.

 

Qeyd edək ki, Qətər Əmiri yaxın günlərdə Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampın da dəvətinə getməmişdi.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı, Bəhreyn və BƏƏ, həmçinin Misir Qətəri terror təşkilatlarına və onların bu ərəb ölkələrində daxili vəziyyəti gərginləşdirmək üzrə fəaliyyətlərinə dəstək verməkdə ittiham edərək rəsmi Doha ilə diplomatik əlaqələri kəsdiklərini bəyan ediblər.

 

Daha sonra bu ölkələrin sırasına Yəmən, Liviya, Maldiv, Qəmər adaları və Mavrikiy də qoşulub.

 

Məcid Əmirov

 

Whatsapp
Bizə yazın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı