Modern.az

Yulğun kollarını məhv edən şəxs cərimələndi

Yulğun kollarını məhv edən şəxs cərimələndi

Aktual

21 Avqust 2017, 10:14

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, bununla bağlı nazirliyin  “Qaynar xətt”inə şikayət daxil olub.

 

Şikayətə görə İmişli rayonu Kürdmahmudlu kənd sakini Qoşqar Əhmədov kənd ərazisində suvarma arxının ətrafında yulğun kollarını məhv edib. Nazirliyin yerli qurumunun əməkdaşları şikayəti yerində araşdırıb.

 

Əraziyə keçirilən baxış zamanı yaş köküstə yulğun kollarının traktor vasitəsilə əzildiyi və kökündən çıxarılaraq məhv edildiyi aşkar edilib.

Araşdırma zamanı yulğun kollarının kənd sakini Şahməli Əhmədov tərəfindən məhv edildiyi məlum olub.

Faktla bağlı qanun pozucusu barəsində protokol tərtib olunub. İnzibati xəta törətdiyinə görə Ş.Əhmədov 2000 manat məbləğində cərimə edilib və ona yulğun kollarının məhv edilməsinə görə 640 manat məbləğində ziyan tətbiq olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı