Modern.az

Lavrovla Tillerson Şimali Koreyadakı vəziyyəti müzakirə etdi

Lavrovla Tillerson Şimali Koreyadakı vəziyyəti müzakirə etdi

31 Avqust 2017, 00:18

Şimali Koreyadakı vəziyyət Rusiya və ABŞ rəsmiləri arasında yenidən müzakirə mövzusu olub. Modern.az  xəbər verir ki, Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ-ın dövlət katibi Reks Tillerson arasında telefon danışığı olub.

Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, söhbət zamanı Şimali Koreyanın həyata keçirdiyi son raket sınağı diqqət mərkəzində olub.

Tərəflər bildiriblər ki, rəsmi Pxenyanın atdığı addım BMT Təhlükəsizlik Şurasının bir sıra qətnamələrini kobud sürətdə pozub.  

S.Lavrov həmçinin gərginliyin azaldılmasında siyasi-diplomatik yollara alternativin olmadığını, gözlənilməz nəticələrə gətirib çıxara bilən hər hansı hərbi addımdan çəkinməyin zəruriliyini vurğulayıb.

 

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı