Modern.az

Rutte Qazaxıstana GEDİR

Rutte Qazaxıstana GEDİR

Dünya

8 May 2024, 16:38

Niderlandın baş naziri Mark Rutte mayın 10-da Qazaxıstana səfər edəcək.

 

Modern.az "Kazinform"a istinadən xəbər verir ki, səfərlə bağlı məlumatı Qazaxıstan Respublikasının Xarici İşlər Nazirliyi təsdiqləyib.

 

Ruttenin Astana səfəri Niderland şirkətlərinin Qazaxıstandakı nümayəndələri ilə səhər yeməyi ilə başlayacaq, bundan sonra bir sıra işgüzar əməkdaşlıq müqavilələrinin imzalanması planlaşdırılır”.

 

O, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev tərəfindən qəbul ediləcək. Danışıqların gündəliyinə ikitərəfli və iqtisadi əlaqələr, o cümlədən su sektorunda əməkdaşlıq daxildir.

 

Günün ikinci yarısında xarici qonaq paytaxtda “Amsterdamplein”in açılışında iştirak edəcək. Bundan sonra Qazaxıstan Respublikası Hökumətində Niderland və Qazaxıstan arasında su təsərrüfatı sahəsində əməkdaşlıq mövzusunda görüş keçiriləcək.

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi