Modern.az

Prezident İlham Əliyev Nursultan Nazarbayevi təbrik edib

Prezident İlham Əliyev Nursultan Nazarbayevi təbrik edib

Aktual

15 Dekabr 2017, 18:37

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Nursultan Nazarbayevə təbrik məktubu ünvanlayıb.

 

Təbrikdə deyilir: "Hörmətli Nursultan Abişeviç, Qazaxıstan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Qardaş Qazaxıstan dövlətçiliyin möhkəmləndirilməsində, sosial-iqtisadi və humanitar sahələrdə mühüm uğurlar qazanmış, dünya birliyinin fəal və nüfuzlu üzvünə çevrilmişdir.

İnanıram ki, ortaq tarixi keçmişə və milli-mənəvi dəyərlərə malik xalqlarımızın iradəsinə uyğun olaraq Azərbaycan-Qazaxıstan dövlətlərarası münasibətləri, qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan dostluq və tərəfdaşlığımız bundan sonra da birgə səylərimizlə inkişaf edəcəkdir.

 

Hörmətli Nursultan Abişeviç, bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qardaş Qazaxıstan xalqına daim sülh və rifah diləyirəm".

Dövlət başçısı Bəhreynin Kralı Həməd bin İsa Al Xəlifəyə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Əlahəzrət, Bəhreyn Krallığının milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

 

İnanıram ki, Azərbaycan ilə Bəhreyn arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Bəhreyn xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm."

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü