Modern.az

Rusiyada azərbaycanlı qardaşını güllələdi

Rusiyada azərbaycanlı qardaşını güllələdi

16 Dekabr 2017, 15:03

Sankt-Peterburqda azərbaycanlı qardaşlar arasında yaşanan mübahisə ölümlə nəticələnib.

Modern.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, hadisə dekabrın 14-də baş verib.
 
Bildirilir ki, Sankt-Peterburqun mərkəzində yaşayan 31 və 48 yaşlı, adları hələ məlum olmayan qardaşlar hadisə baş verən gün birlikdə spirtli içki içiblər və aralarında mübahisə yaranıb. Nəticədə böyük qardaş ov tüfəngi ilə qardaşını ürəyindən güllələyib. Yaralanan qardaş yerindəcə ölüb.

Hadisəni törətmiş şəxs saxlanılıb.

Faktla bağlı cinayət işi açılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır