Modern.az

ADU-da Heydər Əliyevə həsr olunmuş beynəlxalq elmi konfrans keçiriləcək

ADU-da Heydər Əliyevə həsr olunmuş beynəlxalq elmi konfrans keçiriləcək

Aktual

18 Dekabr 2017, 11:47

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş beynəlxalq elmi konfransın keçirilməsi haqqında əmr imzalayıb.

Əmrdə bildirilir ki, 2018-ci ilin aprel-may aylarında Yeni Azərbaycan Partiyası və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə birgə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” mövzusunda I Beynəlxalq elmi konfrans keçiriləcək.

 

Konfransın plenar və yekun iclaslarının Azərbaycan Dillər Universitetində, bölmə iclaslarının isə aşağıdakı ölkələrin müvafiq universitetlərində keçirilməsi nəzərdə tutulur:

-Azərbaycan  Respublikasında – Azərbaycan Dillər Universiteti bazasında, Bakı şəhəri;

-Türkiyə Respublikasında – Ərciyəs Universiteti bazasında (Kayseri şəhəri) və Ərzurum Universiteti bazasında (Ərzurum şəhəri);

-Rusiya Federasiyasında –  Rusiya Federasiyasının I Prezidenti Boris Yeltsin adına Ural Federal Universiteti bazasında (Yekaterinburq şəhəri), A.S.Puşkin adına Dövlət Rus Dili İnstitutu bazasında (Moskva şəhəri), Moskva Şəhər Pedaqoji Universitetinin Samara filialı bazasında (Samara şəhəri); 

 

-Gürcüstan Respublikasında – Tbilisi şəhəri, Tbilisi Dövlət Universiteti bazasında (Batumi, Kutaisi, Qori, Telavi universitetləri, Gürcüstan EA müvafiq institutları və «Bilik» cəmiyyətinin iştirakı ilə);

-Çin Xalq Respublikasında –Xucjou Universiteti bazasında (Xuçjou şəhəri);

-İtaliya Respublikasında – Kassino Cənubi Latsio Universiteti bazasında Sülh və Təhlükəsizlik Fondu ilə birgə, Üçüncü Roma Universiteti, Genuya Universiteti, Link Kampus Universiteti, Nitsa Universitetinin (Fransa)  iştirakı ilə (Roma şəhəri);

 

-PortuqaliyaRespublikasında –LusafonaUniversitetibazasında (Lissabonşəhəri);

-AlmaniyaFederativRespublikasında– AusburqUniversitetibazasında (Ausburqşəhəri).

Konfransa hazırlıq və onun işinin təşkili məqsədi ilə müvafiq universitetlərin təmsilçilərinin də daxil olduğu təşkilat komitəsi yaradılıb.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı