Modern.az

Gələn ildən Cakartada Azərbaycan Dil Mərkəzi fəaliyyətə başlayacaq

Gələn ildən Cakartada Azərbaycan Dil Mərkəzi fəaliyyətə başlayacaq

Aktual

20 Dekabr 2017, 20:29

"Azərbaycanla İndoneziya arasında olan münasibətlər 2017-ci ildə əvvəlki illərə nisbətən daha yaxşı inkişaf edib. Bu inkişaf daha çox iqtisadiyyat və mədəniyyət sahələrində olub". Modern.az xəbər verir ki, bu sözləri İndoneziyanın Azərbaycandakı səfiri Hüsnan bəy Fənani deyib.

 

Səfir bildirib ki, 2017-ci ildə Azərbaycan və İndoneziya arasında, xüsusilə, iqtisadi və mədəniyyət sahələrində əlaqələr 2015-16-cı illərlə müqayisədə daha yüksək səviyyədə inkişaf edib: “İl ərzində idxal və ixracata dair qeydə alınan statistik göstəricilər bunun sübutudur.

 

2015-2016-cı illərdə bu rəqəm 19 milyon idisə, cari ildə bu həcm 46 milyon dollar səviyyəsinə çatıb”.

 

Azərbaycan və İndoneziya  arasında əlaqələrin inkişafında Azərbaycanlı gənclərin rolunu xüsusi vurğulayan səfir deyib ki, 2018-ci ildə  İndoneziya Azərbaycanda əsasən təhsil sahəsində əlaqələri genişləndirməyə çalışacaq: "Gələn il  Cakartada Azərbaycan Dil Mərkəzi fəaliyyətə  başlayacaq. Gələn ilin sentyabr-oktyabr aylarında Azərbaycanda İndoneziya mədəniyyət  günləri  keçirməyi də  planlaşdırırıq. Eyni zamanda  qarşılıqlı səfərlər, iş adamları arasında qarşılıqlı əməkdaşlıq, təqaüd proqramlarının həyata keçirilməsinə çalışacağıq".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir