18 yanvar 2018, Cümə axşamı
Ana Səhifə - PARLAMENT - Məşhurlarla görüşdən xatirələr: “Fərhad Bədəlbəyli mənə xaş qonaqlığı borcludur”  
Məşhurlarla görüşdən xatirələr: “Fərhad Bədəlbəyli mənə xaş qonaqlığı borcludur”  
22.12.2017, 12:41

Azərbaycan Milli Məclisinin deputatları tez-tez müxtəlif xarici səfərlərdə olur, dövlət və hökumət nümayəndələri, beynəlxalq təşkilatların rəsmi şəxsləri, digər sahələrdən olan məşhur simalarla görüşlərdə iştirak edirlər. Belə görüşlər mütəmadi olaraq elə ölkəmiz daxilində də gerçəkləşir. Sözsüz ki, həmin görüşlərdən, məşhur simalarla ünsiyyətdən nələrsə deputatların yaddaşında ilişib qalır. Bu, gözləmədikləri hadisə, maraqlı dialoq, qeyri-adiliklə dolu söhbət və s. ola bilər.

 

Modern.az saytın;n “Məşhurlarla görüşdən xatirələr” adlı rubrikasında deputatlar məşhur simalarla görüşlərdən yadda saxladıqları xatirələri bölüşürlər.


Budəfəki müsahibimiz Milli Məclisin Mədəniyyət komitəsinin üzvü, “Ədalət” qəzetinin təsisçisi Aqil Abbasdır.


“Həmişə Fərhad Bədəlbəyli ilə görüşməyə can atırdım”

Deputat  bir çox dövlət və ictimaiyyət nümayəndələri ilə görüşlərdə iştirak etdiyini, yaddaşında maraqlı məqamlar qaldığını bildirib.

“Məşhurlarla keçirdiyim görüşlərin ən yadda qalanlarından biri tanınmış pianoçu, xalq artisti  Fərhad Bədəlbəyli ilə olub. O, qeyri-adi pianoçudur. Fərhad Bədəlbəyli böyük sənətkardır. Mən də həmişə can atırdım ki, onunla görüşüm”.

“Fərhad Bədəlbəyliyə sübut etdim ki, Şuşadan deyil, Ağcabədidəndir”

 “Onunla ilk görüşümüz bir neçə il bundan əvvəl baş tutdu. Biz ilk dəfə tədbirdə bir araya gəldik. O da məni tanıyırdı. Amma münasibətimiz yox idi. Daha sonra onunla görüşüb, çörək kəsdik. O gündən bu günə də dostumdur. Mənim yaddaşımda onunla bağlı çox maraqlı şeylər var. Fərhad Bədəlbəyli Şuşa şəhərindəndir. Amma mən ona sübut etdim ki, Şuşadan deyil, Ağcabədidəndir. Ağcabədidə onların nəslinin adına kənd var.Mən onu inandırdım ki, Ağcabədidəndir. Onunla birlikdə Ağcabədiyə gedik. Oralarla onu tanış etdim. Söhbətimiz tutdu və dost olduq”.


“Siyavuş Kərimi və Fərhad Bədəlbəyli mənə xaş qonaqlığı borcludur”

A.Abbas deyib ki, Fərhad Bədəlbəyli ona xaş qonaqlığı borcludur, amma vermir.

“Həm Fərhad Bədəlbəyli, həm də Siyavuş Kərimi mənə xaş qonaqlığı borcludur. Bir dəfə mən onları xaşa aparmışdım. Getdik xaş yedik. Daha sonra mənə dedilər ki, Mərdəkan tərəfdə yaxşı xaş verirlər. Gedib orada da yeyərik. Amma hələ də yeyirik, yenə də... Bu hadisə keçən il baş verib. Fərhad müəllimlə 3 gün bundan əvvəl də bir yerdə olmuşuq. Polad Bülbüloğlu və mən Fərhadın kabinetində bir stəkan çay içdik. Üç qarabağlı xeyli dərdləşdik. Biz görüşlərimiz zamanı ədəbiyyatdan, Qarabağın tarixindən, bəylərimizdən, xanlarımızdan danışırıq. Fərhad Bədəlbəyli ilə yaxın dostuq. Mənim ailəvi ən yaxın dostum isə Rəşad Məciddir”.

“Uşaqlar dedi ki, papa gopa basır”

Deputat türk dünyasının məşhur siması Barış Manço ilə də görüşdən xatirə danışıb:

“Bir gün dostlardan biri mənə zəng etdi ki, Barış Manço Bakıya gəlib, onun qonağıdır. Mən də durub getdim həmin dostumun kabinetinə. Kabinetdə bir az söhbətləşdik. Mənim Barışla söhbətim tutdu. Sonra isə çörək yeməyə getdik. Həmin gün evə bir az gec gəlmişdim. Evdə məndən soruşdular ki, haradaydın? Dedim ki, Barış Manço ilə çörək yeyirdim. Oğlanlarım dedi ki, “papa gopa basır”. Nə qədər elədim uşaqları inandıra bilmədim. Aradan bir müddət keçdi və yenə Barış Manço Bayıya gəldi. Həmin dostum mənə zəng elədi ki, bəs Barış bəy gəlib: “Həm də deyir ki, Aqil bəyi tap, birlikdə çörək yeyək”. Restoranda stolun üstünə yemək düzüləndə dedim ki, bir fotoqraf tapın.  Fotoqraf gəldi. Ona dedim ki, mənim Barış bəylə çoxlu şəkilimi çək.  Axşam yenə evə gələndə soruşdular ki, “haradaydın, evə belə gec gəlmisən?”. Dedim ki, Barış Mançoyla çörək yeyirdim. Uşaqlar bu dəfə də dedilər ki, “papa yenə gopa basır”.  Cibimdən şəkilləri çıxartdım göstərdim ki, alın, baxın. Ondan sonra inandılar ki, həqiqətən Barış Manço ilə görüşmüşəm”.


Mirmahmud KAZIMOĞLU
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
“NAZ-Lifan” istehsalı dayandırıb? - Bir ildə cəmi 30 maşın...
18.01.2018, 11:56

“NAZ-Lifan” istehsalı dayandırıb? - Bir ildə cəmi 30 maşın...

Tanınmış yazıçı Nahid Hacızadə vəfat edib   
18.01.2018, 11:47

Tanınmış yazıçı Nahid Hacızadə vəfat edib  

Ermənistan ordusunun hərbçisi yaralandı
18.01.2018, 11:46

Ermənistan ordusunun hərbçisi yaralandı

Vergilər nazirinin birinci müavini də GÖNDƏRİLİR  
18.01.2018, 11:32

Vergilər nazirinin birinci müavini də GÖNDƏRİLİR  

Magistr imtahanlarında nə yenilik var? - Məleykə Abbaszadə AYDINLIQ GƏTİRDİ
18.01.2018, 11:19

Magistr imtahanlarında nə yenilik var? - Məleykə Abbaszadə AYDINLIQ GƏTİRDİ

Dəhşətli qəza: 52 nəfər diri-diri yanaraq öldü
18.01.2018, 11:16

Dəhşətli qəza: 52 nəfər diri-diri yanaraq öldü

Azərbaycanlı tenor “Don Karlos” operasında baş rolda çıxış edəcək
18.01.2018, 11:09

Azərbaycanlı tenor “Don Karlos” operasında baş rolda çıxış edəcək

Mirzə Fətəli Axundzadə və ERMƏNİLƏR: Hacı Qara düz deyirmiş...   
18.01.2018, 11:08

Mirzə Fətəli Axundzadə və ERMƏNİLƏR: Hacı Qara düz deyirmiş...  

Azərbaycan xaricdən eşşək almaqdan imtina edib   
18.01.2018, 11:04

Azərbaycan xaricdən eşşək almaqdan imtina edib  

Sabah Bakı məktəblərində ilk dərslər 20 Yanvara həsr ediləcək
18.01.2018, 10:58

Sabah Bakı məktəblərində ilk dərslər 20 Yanvara həsr ediləcək

Dövlət İmtahan Mərkəzi nəzarətçi-müəllimlər üçün seminarlara başladı
18.01.2018, 10:53

Dövlət İmtahan Mərkəzi nəzarətçi-müəllimlər üçün seminarlara başladı

Magistraturaya qəbulla bağlı sınaq imtahanı keçiriləcək
18.01.2018, 10:52

Magistraturaya qəbulla bağlı sınaq imtahanı keçiriləcək

Anna Netrebko və Yusif Eyvazov Moskva Filarmoniyasında konsert proqramı ilə çıxış edəcəklər
18.01.2018, 10:45

Anna Netrebko və Yusif Eyvazov Moskva Filarmoniyasında konsert proqramı ilə çıxış edəcəklər

2017-ci ilin fəal deputatları: nəticələr açıqlandı - SİYAHI
18.01.2018, 10:04

2017-ci ilin fəal deputatları: nəticələr açıqlandı - SİYAHI

Ermənistan atəşkəsi 126 dəfə pozub
18.01.2018, 09:58

Ermənistan atəşkəsi 126 dəfə pozub

Bakıda “Azpetrol”un maşını aşdı - FOTO
18.01.2018, 09:50

Bakıda “Azpetrol”un maşını aşdı - FOTO

Bakıda iki məhkum xəstəlikdən öldü
18.01.2018, 09:42

Bakıda iki məhkum xəstəlikdən öldü

“Bizimkilər” - 9 ildə 9 iş yeri dəyişən aparıcı televiziyadan radioya keçməyi arzulayır - FOTOLAR   
18.01.2018, 09:35

“Bizimkilər” - 9 ildə 9 iş yeri dəyişən aparıcı televiziyadan radioya keçməyi arzulayır - FOTOLAR  

Milli Məclis yaz sessiyasına xeyli yeni qanun layihəsi çıxarır - SİYAHI
18.01.2018, 09:32

Milli Məclis yaz sessiyasına xeyli yeni qanun layihəsi çıxarır - SİYAHI

Qərb Azərbaycanda “KQB” arxivlərinin açılmasını istəyir - Deputatdan şok AÇIQLAMA
18.01.2018, 09:26

Qərb Azərbaycanda “KQB” arxivlərinin açılmasını istəyir - Deputatdan şok AÇIQLAMA

YAP-çı deputatın işi antikorrupsiya idarəsində
18.01.2018, 09:18

YAP-çı deputatın işi antikorrupsiya idarəsində

Ötən gün axtarışda olan 27 nəfər saxlanıldı
18.01.2018, 09:08

Ötən gün axtarışda olan 27 nəfər saxlanıldı

Fəxri ad alanların hansı güzəştləri var...
18.01.2018, 09:06

Fəxri ad alanların hansı güzəştləri var...

Manat və dolların bugünkü MƏZƏNNƏSİ
18.01.2018, 08:57

Manat və dolların bugünkü MƏZƏNNƏSİ

ABŞ hərbi qüvvələri Suriyada qalacaq
18.01.2018, 00:59

ABŞ hərbi qüvvələri Suriyada qalacaq

Türkiyə sərhədlərində terrorçu ordunun yaradılmasına imkan verilməyəcək
18.01.2018, 00:47

Türkiyə sərhədlərində terrorçu ordunun yaradılmasına imkan verilməyəcək

Qızılcadan ölənlərin sayı artır
18.01.2018, 00:31

Qızılcadan ölənlərin sayı artır

Paytaxtda 21 yaşlı oğlan qız üstündə bıçaqlandı
18.01.2018, 00:15

Paytaxtda 21 yaşlı oğlan qız üstündə bıçaqlandı

Avstriyanı 4,2 ballıq zəlzələ titrətdi
17.01.2018, 23:58

Avstriyanı 4,2 ballıq zəlzələ titrətdi

Ev almağa gedərkən bütün pulunu itirdi - Video
17.01.2018, 23:43

Ev almağa gedərkən bütün pulunu itirdi - Video

Azərbaycan nefti bir qədər də ucuzlaşdı
17.01.2018, 23:27

Azərbaycan nefti bir qədər də ucuzlaşdı

Leyla Əliyeva Aleksey Beqovun sərgisinin açılışında iştirak edib - Fotolar
17.01.2018, 23:13

Leyla Əliyeva Aleksey Beqovun sərgisinin açılışında iştirak edib - Fotolar

İki azyaşlını vuran sürücü hadisə yerindən qaçdı
17.01.2018, 23:00

İki azyaşlını vuran sürücü hadisə yerindən qaçdı

Avtomagistralda 50-dən çox maşın toqquşdu
17.01.2018, 22:43

Avtomagistralda 50-dən çox maşın toqquşdu

Ombudsman Aparatı ilə MEK arasında  Memorandum imzalandı
17.01.2018, 22:31

Ombudsman Aparatı ilə MEK arasında  Memorandum imzalandı

ARXİV
SORĞU
Aylıq məvacibinizi ən çox nəyə xərcləyirsiniz?
- Ərzağa(54.4%)
- Geyimə(3.44%)
- Müalicəyə(5.36%)
- Kommunal xidmət haqlarına(13.4%)
- Təhsilə(2.29%)
- İstirahətə(1.14%)
- Kitaba(1.14%)
- Rüşvətə(4.21%)
- Əyləncəyə(0.76%)
- Digər şeylərə(13.7%)