Modern.az

Cəfər Cabbarlının təvəllüdünü və milliyyətini təsdiq edən sənəd –TARİXİ FOTO

Cəfər Cabbarlının təvəllüdünü və milliyyətini təsdiq edən sənəd –TARİXİ FOTO

25 Dekabr 2017, 23:07

Son zamanlar təəssüflər olsun ki, bəzi tarixi şəxsiyyətlərimizə yenidən müəyyən replikalar atılmaqdadır. Şah İsmayıl Xətai, Rəsulzadə, Cəfər Cabbarlı və başqalarının ünvanına  mətbuata verilən müsahibələrdə bir o qədər də xoş olmayan sözlər deyilir. Hətta məşhur partiya sədrlərindən biri sonuncu açıqlamasında Rəsulzadə, Şah İsmayıl kimi şəxsiyyətlərin türk olmadığını bildirib. Mülahizə təbii ki, qeyri-elmidir. Rəsulzadənin şəxsiyyət vəsiqəsi hər kəsə məlumdur, Xətainin də kimliyi....

 

Əsrin əvvəllərində yaşayan Rəsulzadə kimi şəxsiyyətlər milliyyətlərini hər bir hüquqi sənəddə türk kimi göstəriblər. Onların arasında böyük dramaturq Cəfər Cabbarlı da olub.

 

C.Cabbarlı irsinin tədqiqatçısı, araşdırmaçı – alim Asif Rüstəmli arxivdən onun təvəllüd və milliyətini təsdiq edən şəxsiyyət vəsiqəsini aşkarlayıb.

Modern.az həmin tarixi sənədi təqdim edir:

 

 

Diqqəti daha bir tarixi sənədə ayıraq. Tarixçi Elmar Həsənli özünün şəxsi “facebook” səhifəsində Cəfər Cabbarlının “Aydın” pyesinin premyerası ilə bağlı dəvətnaməni paylaşıb. əsrin əvvəllərinə aid olan və latın əlifbasında yazılan dəvətnamədə də türk sözü bir neçə yerdə işlədilib:

 

 

Hazırladı: E. Nihad

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü