Modern.az

Hansı bloger daha populyardı? - SORĞU  

Hansı bloger daha populyardı? - SORĞU   

Media

29 Yanvar 2018, 13:08

Texnologiya dünyasında – internet əsrində yaşayırıq. İndi hər bir kəs özünü Twitter, Facebook, İnstagram, Youtube kimi sosial şəbəkələrdə ifadə edə bilir, informasiya və ya video paylaşır. Nəticədə də son dövrlər tez-tez işlətdiyimiz sosial media, vətəndaş jurnalistikası kimi ifadələr yaranıb.

Bunlarla yanaşı, blog saytları da ortaya çıxmağa başlayıb. “Blog” sözünün ingiliscədən mənası "onlayn gündəlik " deməkdir. Dolayısı ilə blog bir şəxsin gündəlik olaraq yazı yaza bildiyi, fikirlərini paylaşdığı virtual mühitdir. Həmin mühtin yazarları isə blogerlər-bloqçulardır.

Son zamanlar Azərbaycan gəncləri arasında blog sayt yaradan – blogerlik edənlərin sayı artmaqdadır.

Bəs onları oxuyanlar varmı, internet yazarları olan bu şəxslərin blog saytları populyarlıq qazana bilibmi?

Modern.az saytının növbəti sorğusu da blogerlərin fəaliyyətilə bağlıdır: Hansı bloger daha populyardı?

Biz ilkin olaraq 10 nəfər gənc blogerin adını təqdim edirik..

Sorğuda iştirak etmək istəyən oxuculardan xahiş olunur ki, Modern.az-ın əsas səhifəsindəki sağdan aşağıdakı sorğu panelindəki cavablara baxıb, səs versinlər.


Əlixan Rəcəbov
Nicat Mütəllimov
Elvin İbrahimzadə
Harun Məmmədov
Mənsur Şərif
Hüseyn Əzizoğlu
Fuad İsgəndərov
Altun Mətləboğlu
Sabir Samiroğlu
Rəsul Abbasov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı