Modern.az

Rusiya dünyanı şoka saldı - FOTOLAR

Rusiya dünyanı şoka saldı - FOTOLAR

Dünya

8 Fevral 2018, 09:51

Rusiya özünün yeni nəsil robot silahlarını hazırlayır, bu hərbi texnikalar müharibə zonalarında istifadə olunur.

Bu qurğular “Sfera” adlanır və audio-video kəşfiyyat məlumatları yığaraq lazımi yerlərə ötürür.

 

Modern.az saytının beynəlxalq KİV-lərə istinadən məlumatına görə, bu texnikaların hər birinin dəyəri 18 min 500 ABŞ dolları dəyərindədir və Suriyada onun döyüş testi keçirilir.  

 

Bu robot döyüşçülərin 4 video kamerası var və onlar 360 dərəcə dönə bilir. Həmçinin diod işıqları, eləcə də radio siqnallarında işləyən mikrofonları mövcuddur.

 

Böyük Britaniyanın nüfuzlu “Dailymail” nəşri  yazıb ki, qurğular 50 metr məsafədə çətin görüntüyə alına bilən kadrları çəkmək qabiliyyətinə malikdirlər.

 

Qeyd olunub ki, bu robot qurğular Rusiya prezidenti Vladimir Putinin hərbi maşını üçün hazırlanmış bir sıra yeni ağıllı silah və kəşfiyyat toplama cihazlarının tərkib hissəsidir.

 

Bu qurğular mənfi 20 dərəcə şaxtadan 45 dərəcə istiyə qədər olan temperaturda işləyə bilir.

 

Əsasən küçə döyüşləri üçün faydalıdır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı