Modern.az

Türk hərbçilərinin Afrində məhv etdiyi terrorçuların sayı 1266-ya çatdı

Türk hərbçilərinin Afrində məhv etdiyi terrorçuların sayı 1266-ya çatdı

11 Fevral 2018, 11:36

Türkiyə Silahlı Qüvvələrinin Afrində keçirdiyi "Zeytun budağı" antiterror əməliyyatı başladığı gündən 1266 terrorçu zərərsizləşdirilib.

 

Modern.az-ın Türkiyə KİV-lərinə istinadən məlumatına görə, qərargah ötən gün həyata keçirilən əməliyyatlar nəticəsində İŞİD, YPG və PYD terror təşkilatlarının 13 üzvünün məhv edilməsi barədə xəbər yayıb.

 

Bundan başqa, son məlumata görə, Türkiyə HHQ terrorçuların 36 obyektinə hava zərbələri endiriblər.

 

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı