Modern.az

Ali məktəblərin hazırlıq qrupları ilə bağlı plan dəyişdi: Bu il açılmayacaq - Rəsmi CAVAB  

Ali məktəblərin hazırlıq qrupları ilə bağlı plan dəyişdi: Bu il açılmayacaq - Rəsmi CAVAB   

17 Fevral 2018, 12:16

“Təhsil haqqında” qanuna əsasən, Azərbaycandakı ali təhsil müəssisələrində ixtisaslar üzrə bakalavriat səviyyəsində birillik ödənişli hazırlıq qrupları təşkil olunmalıdır.

 

Hazırlıq qruplarına tələbə qəbulu biliyin qiymətləndirilməsi üzrə keçirilən ali məktəb imtahanlarda abituriyentlərin əldə etdikləri nəticələrə əsasən, müvafiq icra hakimiyyəti оrqanının müəyyən etdiyi qaydada həyata keçiriləcək. Hazırlıq qruplarında tədrisin sonunda keçirilən buraxılış imtahanları nəticəsində müvəffəqiyyət qazanan tələbələr ali təhsil müəssisələrinin birinci kursuna qəbul olunmalıdır. Ali təhsil müəssisələrinin hazırlıq qruplarında tədrisin təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

 

Əvvəlcədən deyilmişdi ki, hazırlıq qrupları bu ildən fəaliyyətə başlayacaq.


Lakin Təhsil Nazirliyindən Modern.az-ın sorğusuna verilən cavabda hazırlıq qrupları ilə bağlı planın dəyişdiyi bildirilib.

Belə ki, Təhsil Nazirliyinin müəyyən etdiyi ali təhsil müəssisələri və ixtisaslar üzrə bakalavriat səviyyəsində hazırlıq qruplarının yaradılması barədə Nazirlər Kabineti qərar qəbul edib.

 

Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli 39 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 2, maddə 292) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”na aşağıdakı məzmunda 5.10-cu bənd əlavə edilib.

“Müsabiqənin nəticələri elan olunduqdan sonra, Azərbaycan Respublikası Təhsil Nazirliyinin müəyyən etdiyi ali təhsil müəssisələri və ixtisaslar üzrə bakalavriat səviyyəsində hazırlıq qruplarının yerləri elan edilir, ali təhsil müəssisələrinə qəbul olunmayan abituriyentlər tərəfindən bu Qaydaların 4.2-4.4-cü bəndlərinə uyğun olaraq ixtisas seçimi həyata keçirilir və həmin yerlərə Dövlət İmtahan Mərkəzi tərəfindən müsabiqə yolu ilə yerləşdirilmə aparılır.
Hazırlıq qruplarında tədrisin sonunda Dövlət İmtahan Mərkəzi tərəfindən bu Qaydalarda nəzərdə tutulmuş qəbul imtahanlarına uyğun olaraq buraxılış imtahanları keçirilir və buraxılış imtahanları nəticəsində müvəffəqiyyət qazanan tələbələr ali təhsil müəssisələrinin birinci kursuna qəbul olunurlar”. 


Nazirlikdən Modern.az-a verilən cavabda hazırlıq kurslarının bu ildən fəaliyyətə başlamayacağı da bildirilib:

“Təhsil Nazirliyinin müəyyən etdiyi ali təhsil müəssisələri və ixtisaslar üzrə bakalavriat səviyyəsində hazırlıq qruplarının yaradılması bu tədris ilindən deyil, növbəti tədris ilindən gözlənilir”.

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü