Gəncə şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Gəncə Grand Qafqaz” Ticarət Mərkəzində “Novruz Bayramı Yarmarkası” təşkil edilir.
Yarmarkanın təşkil olunmasında əsas məqsəd hər bir vətəndaşın büdcəsinə uyğun bazarlıq etməsinə imkanın yaradılmasıdır.
Modern.az xəbər verir ki, yarmarkada 30-dan çox müəssisə və şirkət alıcılara bazar qiymətindən aşağı mal, qoyun və toyuq əti, un məmulatları, kolbasa və sosiska məhsulları, yumurta, soğan, kartof, müxtəlif çeşiddə yağlar, tərəvəz, meyvə və s. məhsullar təqdim edib.
Şəhər sakinləri də öz növbəsində yarmarkada fəal iştirak edib. Sakinlərdən Etibar Həsənov, Oktay Yusifov, Səadət Qafarova və başqaları yarmarkanın təşkilindən, qiymətlərin sərfəli olmasından razılıq bildiriblər.
Bildirək ki, bütün məhsulların keyfiyyətinə nəzarət olunaraq satışa çıxarılır.
Qeyd edək ki, Gəncə şəhərində “Novruz Bayramı Yarmarkası” hər həftənin şənbə və bazar günləri olmaqla Novruz bayramınadək mütəmadi təşkil olunacaq.
Yarmarkada təqdim olunan məhsulların qiymət cədvəli:
Un (50 kq) | 21 AZN |
Un (25 kq) | 10.80 AZN |
Un (10 kq) | 4.70 AZN |
Un (5 kq) | 2.40AZN |
Mal əti (kq-la) | 8 AZN |
Qoyun əti (kq-la) | 9 AZN |
Yumurta (ədədlə) | 0.11AZN |
Kartof kq | 0.40 AZN |
Soğan kq | 0.30 AZN |
Makaron (1 kq) | 0.70 AZN |
Vermişel (1 kq) | 0.80 AZN |
Final çay | 1.88 AZN |
Limonad (ədədlə) | 0.20 AZN |
Alma (1 kq) Mandarin (1 kq) | 1 AZN 1.50 AZN |
Kolbasa (1 kq) Sosiska (1 kq) | 5 AZN 4.70 AZN |
Bizim Süfrə mayonez (500 q) | 1.87 AZN |
Supersun yağ. (1.200 q) | 5.30 AZN |