Modern.az

Türkiyəli jurnalistlər AXC Milli Şurasının binası ilə tanış olublar

Türkiyəli jurnalistlər AXC Milli Şurasının binası ilə tanış olublar

22 İyul 2011, 10:38

Azərbaycanda səfərdə olan Türkiyənin bir sıra nüfuzlu nəşrlərinin - “Milliyyət”, “Hürriyyət”, “Zaman”, “Today Zaman”, “Radikal” və “Habertürk” qəzetlərinin əməkdaşları deputat Qənirə Paşayevanın təşəbbüsü ilə Gəncə şəhərində səfərdə olublar.

Səfər zamanı türkiyəli jurnalistlərə Gəncənin  keçmişi  və bu günü ,  bu şəhərin və onun insanlarının  Azərbaycan xalqının , dövlətinin tarixindəki yeri , rolu barədə ətraflı məlumat  verilib.

Q.Paşayeva Gəncənin Bakıdan sonra Azərbaybanın ikinci  böyük şəhəri olduğunu, bu şəhərin dünya mədəniyyət xəzinəsinə Nizanmi Gəncəvi , Məhsəti Gəncəvi kimi və sair dühalar verdiyini , bu şəhərin Azərbaycanın vaxtı ilə paytaxtlarından biri-xüsusilə, 1918- ci ildə Azərbaycan ilk dəfə müstəqilliyini qazandıqdan sonra onun ilk baş şəhəri olduğunu, bu şəhərin insanlarının Azərbaycan xalqının böyük oğlu Cavadxanın başçılğı ilə uzun illər Çar Rusiyasının işğalına qarçı böyük dirəniş göstərdiyini bildirib.

Millər vəkili eyni zamanda  deyib ki, 1918 –ci ildə Azərbaycan ilk dəfə müstəqillik qazananda onun paytaxtı  Bakı şəhəri başqa yadelli düşmən qüvvələrin əlində  olduğu üçün Gəncə  şəhəri bir müddət  baş  şəhər funksiyasını yerinə yetirib, Azərbaycan Xalq Cümhüriyətinin (AXC) Milli Şurası- parlamenti burada fəalyyət göstərib.

Q.Paşayeva türkiyəli jurnalistləri AXC Milli Şurasının fəaliyyət göstərdiyi bina ilə (indiki Aqrar Universitetin yerləşdiyi  bina),  həmçinin Şeyx Nizaminin məqbərəsi,  tarixi “Şah Abbas məscidi”, məşhur “ Gəncə qapıları”nın tarixi ilə tanış edib.

Türkiyəli jurnalistlər  Gəncə, onun tarixi, görməli yerləri  ilə bağlı tanış olduqlarından məmnun qaldıqlarını deyiblər.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü