Modern.az

Avropa İttifaqının xüsusi nümayəndəsi Bakıya gəlir

Avropa İttifaqının xüsusi nümayəndəsi Bakıya gəlir

Aktual

18 Fevral 2018, 20:29

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan üzrə xüsusi nümayəndəsi Toivo Klaar sabah Bakıya səfər edəcək. Modern.az xəbər verir ki, bu barədə Avropa İttifaqının mətbuat xidmətindən məlumat verilib. İki günlük səfər çərçivəsində Toivo Klaar bir neçə mühüm görüşlər keçirəcək. Danışıqlar Ermənistan, Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, regional təhlükəsizlik və əməkdaşlıq mövzularını əhatə edəcək.

 

Qeyd edək ki, bu T.Klaarın Bakıya ikinci səfəridir.O ilk səfərini ötən ilin dekabr ayında etmişdi.

 

T.Klaar noyabrın 13-də Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı məsələləri üzrə xüsusi nümayəndəsi təyin olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı