Modern.az

BDU-nun Hüquq fakültəsinə yeni ixtisaslaşmalar verilib

BDU-nun Hüquq fakültəsinə yeni ixtisaslaşmalar verilib

23 Fevral 2018, 14:35

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 fevral 2018-ci il tarixli qərarı ilə Bakı Dövlət Universiteti Hüquq fakültəsinin magistratura səviyyəsinə yeni ixtisaslaşmlar əlavə edilib.

 

Modern.az xəbər verir ki, bunlar əqli mülkiyyət hüququ, tibbi hüquq, əmək və sosial təminat hüququ, inzbati hüquq, inzibati proses, iqtisadi və maliyyə hüququ, idman hüququ, turizm hüququ ixtisaslaşmalarıdır.

Qeyd edək ki, Hüquq fakültəsinin magistratura səviyyəsində tədris Azərbaycan, rus, ingilis və alman dillərində aparılır. İndiyədək 11 ixtisaslaşma üzrə kadr hazırlığı aparılan fakültədə yeni tədris ilindən qəbul 17 ixtisaslaşma üzrə aparılacaq.

Twitter
Sizə yeni tvit var
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir