Modern.az

Azərbaycan millisi bu gün Belarus yığması ilə qarşılaşır

Azərbaycan millisi bu gün Belarus yığması ilə qarşılaşır

Aktual

23 Mart 2018, 12:43

Martın 23-də Azərbaycanın və Belarusun futbol üzrə milli komandaları arasında yoldaşlıq oyunu keçiriləcək.

Virtualaz.org bildirir ki, Bakı Olimpiya Stadionunda keçiriləcək matç Azərbaycan və Belarus yığmalarının 3-cü görüşü kimi tarixə düşəcək. İlk qarşılaşma 1996-cı il mayın 27-də Molodeçnoda reallaşıb və qalib müəyyənləşməyib – 2:2. Yeri gəlmişkən, həmin dueldə yığmanın ilk qolunu onun undiki baş məşqçisi Qurban Qurbanov vurub.

 

 

2001-ci il fevralın 26-da isə bu kollektivlər Bolqarıstanda üz-üzə gəliblər. Azərbaycan millisi Zaur Tağızadənin qolu ilə minimal hesablı qələbə qazanıb.

 

Onu da qeyd edək ki, saat 20:00-da start götürəcək qarşılaşmanın baş hakimi latviyalı Andris Treymanisdir. Ona həmyerliləri Haralds Qudermanis, Alekseys Spasyonnikovs kömək edəcəklər. Matçın dördüncü hakimi isə FIFA referisi Əliyar Ağayev olacaq.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı