Modern.az

 Braziliya  Rusiyaya, Türkiyə isə İrlandiyaya qalib gəldi -  Yoldaşlıq görüşləri

 Braziliya  Rusiyaya, Türkiyə isə İrlandiyaya qalib gəldi -  Yoldaşlıq görüşləri

24 Mart 2018, 00:53

 

Martın 23-də futbol üzrə bir sıra beynəlxalq yoldaşlıq oyunları keçirilib.

Modern.az xəbər verir ki, bu ilin yayında dünya çempionatına ev sahibliyi etməyə hazırlaşan Rusiya yığması beş qat dünya çempionu Braziliya millisini qəbul edib. Qonaqların qarşılıqlı hücumları şəraitində keçən oyunun ilk hissəsində qapılara top vurulmayıb.

İkinci hissənin 53-ci dəqiqəsində standart vəziyyətdən yararlanan braziliyalılar hesabı açıb. Miranda fərqlənib – 0:1. Oyunun 61-ci dəqiqəsində Paulinyoya qarşı qayda pozuntusuna görə 11 metrlik cərimə zərbəsini Kautinyo dəqiq zərbə ilə yerinə yetirib 0:2. Qarşılaşmanın son qolunu 66-cı dəqiqədə Vilyamın ötürməsini dəqiq baş zərbəsi ilə tamamlayan Paulinyo vurub 0:3. Beləliklə, görüş Braziliya millisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Günün digər matçında Türkiyə İrlandiya ilə qarşılaşıb. Mirça Luçeskunun komandası minimal hesabla qalib gəlib 1:0. Yeganə qolun müəllifi 53-ci dəqiqədə Mehmet Topal olub.

Almaniya – İspaniya, Argentina – İtaliya, Hollandiya – İngiltərə və Portuqaliya – Misir matçları da diqqət mərkəzində olacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır