Modern.az

Putinin Türkiyəyə rəsmi səfəri başlayıb

Putinin Türkiyəyə rəsmi səfəri başlayıb

Dünya

3 Aprel 2018, 16:25

Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə ikigünlük rəsmi səfəri başlayıb.

Modern.az Türkiyə KİV-nə isitnadən xəbər verir ki, səfər zamanı Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasındada təkbətək görüş keçiriləcək. 

 

Bundan başqa, iki liderlər Türkiyə-Rusiya Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının toplantısında iştirak edəcəklər. Aprelin 4-də isə İran prezidenti Həsən Ruhaninin də iştirakı ilə üçtərəfli sammit baş tutacaq.

Toplantıdan sonra Türkiyə ilə Rusiya arasında müqavilələrin imzalanması və prezidentlərin birgə mətbuat konfransı keçiriləcək.

Prezidentlər Akkuyu Atom Elekstrik Stansiyasının təməlqoyma mərasiminə video ilə bağlanılacaqlar. Sonra Türkiyə prezidenti rusiyalı həmkarının şərəfinə ziyafət verəcək. 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı