Modern.az

AŞPA İŞİD əleyhinə qətnamə qəbul etdi

AŞPA İŞİD əleyhinə qətnamə qəbul etdi

24 Aprel 2018, 23:20

AŞPA-nın yaz sessiyasında "İŞİD terrorçu qrupunun maliyyələşməsi: öyrəndiyimiz dərslər" adlı qətnamə qəbul edilib.

Modern.az-ın  məlumatına görə, qətnamədə bildirilir ki, bu terror təhlükəsinə qarşı bütün ölkələr birləşməli və yaxından əməkdaşlıq etməlidir. Qətnamədə terrorizmin həllinin asanlıqla başa gələn məsələ olmadığı və bu dəhşətli ideologiyanın yayılmasının qarşısının alınmasının yalnız beynəlxalq təşkilatların, habelə  Avropa Şurasının dəstəyi ilə mümkünlüyü bildirilir.

Sənəddə göstərilir ki, İŞİD-in İraqda və Suriyada məğlubiyyətə uğraması terrorçu qrupun fəaliyyətinin bitməsi demək deyil. Onun özünü yenidən fərqli formalarda göstərməsi ehtimalı mövcuddur. Bu səbəbdən, onun keçmişdə istifadə etdiyi maliyyə mənbələrinə yenidən üz tuta bilməməsinə zəmanət yaratmaq vacibdir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü