Modern.az

Tramp yenə qondarma "erməni soyqırımı" ifadəsini işlətməyib

Tramp yenə qondarma "erməni soyqırımı" ifadəsini işlətməyib

25 Aprel 2018, 00:13

ABŞ prezidenti Donald Tramp bugünkü açıqlamasında yenə də qondarma "erməni soyqırımı" ifadəsini işlətməyib.

Modern.az   xəbər verir ki, Ağ Ev rəhbəri 1915-ci ilin "dəhşətli" hadisələrinin yada salındığını deyib.

Tramp bildirib ki, insanların zərər çəkməsindən və həyatlarını itirməsindən kədərlənir.

"Biz 1915-ci ilin dəhşətli hadisələrini yada salırıq və insanların həyatını itirmələrindən, zərər çəkmələrindən kədərlənirik", - deyə ABŞ prezidenti bildirib.

Ağ Ev rəhbəri ermənilərin Osmanlı imperiyasından deportasiya edildiyini qeyd edib.

Bununla da Tramp ermənilərin gözləntilərinin əksinə olaraq, növbəti dəfə qondarma "erməni soyqırımı" ifadəsini işlətməyib. (report)

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü