17 yanvar 2019, Cümə axşamı
Ana Səhifə - GÜNDƏM - Öz zəkası ilə 5000 ABŞ dolları qazanan azərbaycanlı şagirdlər
Öz zəkası ilə 5000 ABŞ dolları qazanan azərbaycanlı şagirdlər +
21.05.2018, 17:35

Azərbaycan təhsil sisteminin uğurunu təsdiq edən növbəti fakt dünyanın ən böyük şagird elmi müsabiqəsi hesab olunan Beynəlxalq Elm və Mühəndislik Sərgisində qeydə alındı. “Kiçik Nobel mükafatı” müsabiqəsi də adlandırılan bu beynəlxalq tədbirdə iştirak edən azərbaycanlı şagirdlər öz elmi nailiyyəti ilə fərqləndilər. Zərifə Əliyeva adına Liseyin X sinif şagirdi Cavid Hüseynzadə və həmin liseyin IX sinif şagirdi Ceyla Hüseynzadənin “TreLop” layihəsi proqramlaşdırma sahəsində mükəmməl layihə kimi Oracle Akademiyasının 5 min ABŞ dolları məbləğində mükafatına, liseyin X sinif şagirdləri Əliağa Abdullayev və Adnan Bünyatovun “Neftin fiziki-kimyəvi xassələrinin dəyişdirilməsində elektromaqnit sahəsinin rolu” mövzusunda elmi layihəsi “BMT-nin dayanıqlı inkişaf hədəfi” nominasiyasında UNESCO-nun nəzdində Ukrayna Milli Mərkəzi - Kiçik Elmi Akademiyası tərəfindən min ABŞ dolları məbləğində mükafata layiq görüldü.

 

Modern.az xəbər verir ki, mayın 13-dən 18-dək Amerika Birləşmiş Ştatlarının Pittsburq şəhərində Intel Fondunun təşkil etdiyi Beynəlxalq Elm və Mühəndislik Sərgisi keçirilib. Dünyanın 75 ölkəsindən 1800-dən çox məktəblinin qatıldığı sərgidə Azərbaycanı 6 məktəbli təmsil edib. Sərgidə Əliağa Abdullayev və Adnan Bünyatov fizika-astronomiya bölməsi üzrə, Cavid Hüseynzadə və Ceyla Hüseynzadə kompüter elmləri, Fidan İbrahimova biologiya, Bakı şəhəri 238 nömrəli tam orta məktəbin şagirdi Məhəmməd Hacıyev ekologiya və ətraf mühitin idarə olunması bölmələri üzrə layihələrlə iştirak ediblər.

 

Sərgidə fərlənənlər gələcəyin Nobel mükafatçıları ola bilər

 

1997-ci ildən keçirilən sərgiyə kimlərin qatıldığına diqqət edək. Belə məlum olur ki, 20-dən çox Nobel mükafatı laureatı hələ məktəb illərində bu müsabiqədə iştirak edib və qalib gəlib. Qeyd edək ki, müsabiqənin ən böyük mükafatı olan 75 min ABŞ dollarını “Qordon Mur” mükafatının sahibi avstraliyalı məktəbli Oliver Nikols qazanıb.

 

Qazanılan mükafatlar təsdiq etdi ki...

 

5000 və 1000 dollarlıq iki mükafat Azərbaycan şagirdlərinin ilk qazancıdır. Bu qazanc, yəni 6 şagirdimizin qatıldığı müsabiqədə qazanılan 2 mükafat təhsil ictimaiyyəti üçün, əslində, bir ismarıcdır. Başqa sözlə, ictimaiyyətin təhsil sahəsində hər gün bir problem axtaran, kiçik məsələləri həlliçətin problem kimi göstərən, həmişə və hər şeydən narazı kəsimi üçün tutarlı cavabı məhz şagirdlər verdi. Onlar zəkası ilə nəinki ölkəmizi beynəlxalq miqyasda layiqli şəkildə təmsil etdilər, elə ölkə miqyasında da təhsildəki uğurların miqyasını göstərdilər. Təhsil sahəsində qeydə alınan uğurlara kölgə salmaq istəyənlərə bundan yaxşı cavab nə ola bilər ki?

Şagirdlərimiz bir daha təsdiq etdilər ki, ölkə təhsilində bütün sahələrdə inkişaf gedir. Buhəm də ölkəmizdə müasir təhsilin tələblərinə cavab verən bir sistem qurulduğunun göstəricisidir. Elm və texnologiya sahəsində ölkə məktəblilərinin inkişaf səviyyəsi kifayət qədərdir. Onlar yetərincə təşəbbüskar və öz fərdi bacarıqları ilə dünyanın hər yerindən seçilərək göndərilən məktəblilərlə rəqabət qabiliyyətindədirlər. Axı, onlar da seçilib. Özü də 500-dən çox məktəblinin arasından.

 

Seçim düzgün aparılıb

 

Məlumat üçün qeyd edək ki, bu sərgiyə qatılmaq üçün hər il müxtəlif ölkələrdən yeddi milyonadək məktəbli müraciət edir. Azərbaycanı təmsil edən məktəblilər “Sabahın alimləri” müsabiqəsində seçilir. Həmin müsabiqənin bu il keçirilən ölkə turunda ümumtəhsil məktəblərində təhsil alan 528 şagird 336 layihə ilə iştirak edib. İştirakçıların 40 faizini region məktəbliləri təşkil edib, 150 layihə sırasında fərdi layihələrin sayı 41, kollektiv layihələrin sayı isə 109 olub.

Bu il münsiflər heyəti tərəfindən 79 şagirdin hazırladığı 46 layihə 8 kateqoriya üzrə seçilib. Birinci yerə 12 şagird (7 layihə), ikinci yerə 28 şagird (15 layihə), üçüncü yerə 39 şagird (24 layihə) layiq görülüb. Əvvəlki illərdən fərqli olaraq, bu il münsiflər heyətinin tərkibinə fransalı mütəxəssis də cəlb edilib.

Bütün bunlar sadəcə bir məqsəd üçün edilib. Təhsildəki uğurlara kölgə sala biləcək heç bir məqama yol verməmək üçün. Ədalətli nəticə şəffaf seçim prosesində əldə edilir. Təhsil Nazirliyinin xüsusi səyi də məhz buna yönəlib. Ədalətli olduğunun bariz göstəricisi isə seçimlərin nəticələrinin Amerikada, Pittsburq şəhərində də təsdiqlənməsidir. Azərbaycanda keçirilən müsabiqənin qalibləri bu uğurunu ölkəmizdən çox-çox uzaqda da təsdiq edirsə, həmin seçimin ədalətinə də şübhə yeri qalmır.


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Təbii fəlakətlər hər il Azərbaycana 250-300 milyon dollar ziyan vurur
17.01.2019, 09:10

Təbii fəlakətlər hər il Azərbaycana 250-300 milyon dollar ziyan vurur

“Dövlətqaçqınkom”un kollegiyasının yeni tərkibi TƏSDİQLƏNDİ
17.01.2019, 08:47

“Dövlətqaçqınkom”un kollegiyasının yeni tərkibi TƏSDİQLƏNDİ

Xətaidə yanğın - 4 nəfər təxliyə edildi
17.01.2019, 08:42

Xətaidə yanğın - 4 nəfər təxliyə edildi

Ekologiya Nazirliyi: Küləyin sürəti 34 m/saniyəyə çatdı - FOTO
17.01.2019, 08:35

Ekologiya Nazirliyi: Küləyin sürəti 34 m/saniyəyə çatdı - FOTO

Əflatun Amaşovdan mətbuata ÇAĞIRIŞ: “Buna qətiyyən yol vermək olmaz!”   
17.01.2019, 08:08

Əflatun Amaşovdan mətbuata ÇAĞIRIŞ: “Buna qətiyyən yol vermək olmaz!”  

Azərbaycanın Türkiyədəki keçmiş səfiri: “Tansu Çillər düz bir ay məni qəbul etmədi” - MÜSAHİBƏ   
17.01.2019, 07:48

Azərbaycanın Türkiyədəki keçmiş səfiri: “Tansu Çillər düz bir ay məni qəbul etmədi” - MÜSAHİBƏ  

1055 nəfərin əsassız əlillik təyinatı ləğv edilib - EKSKLÜZİV   
17.01.2019, 07:42

1055 nəfərin əsassız əlillik təyinatı ləğv edilib - EKSKLÜZİV  

Manat bu gün yeni məzənnədə olacaq?   
17.01.2019, 07:40

Manat bu gün yeni məzənnədə olacaq?  

Beş terrorçu məhv edildi
17.01.2019, 01:01

Beş terrorçu məhv edildi

Suriya paytaxtına güclü qar yağdı
17.01.2019, 00:44

Suriya paytaxtına güclü qar yağdı

Gürcüstanda matəm elan edildi - YENİLƏNİB
17.01.2019, 00:23

Gürcüstanda matəm elan edildi - YENİLƏNİB

Mey ona qarşı irəli sürülən etimadsızlıq rəyinin öhdəsindən gəlib
17.01.2019, 00:10

Mey ona qarşı irəli sürülən etimadsızlıq rəyinin öhdəsindən gəlib

Erməni əsgər minaya düşdü
16.01.2019, 23:52

Erməni əsgər minaya düşdü

Azərbaycan nefti bir qədər də ucuzlaşdı
16.01.2019, 23:34

Azərbaycan nefti bir qədər də ucuzlaşdı

Qurban Qurbanov məğlubiyyəti hava şəraiti ilə əlaqələndirdi
16.01.2019, 23:20

Qurban Qurbanov məğlubiyyəti hava şəraiti ilə əlaqələndirdi

Ankaradakı yanğında 5 suriyalı öldü
16.01.2019, 23:02

Ankaradakı yanğında 5 suriyalı öldü

“Bakı və Ankara ilə birgə sabitliyə dəstək veririk” - İrakli Kobaxidze
16.01.2019, 22:50

“Bakı və Ankara ilə birgə sabitliyə dəstək veririk” - İrakli Kobaxidze

Müsavat başqanı Türkiyədə müalicə alır
16.01.2019, 22:36

Müsavat başqanı Türkiyədə müalicə alır

Həmsədrlər bəyanat yaydı: “Əhalinin sülhə hazırlanması ilə bağlı razılığa gəlinib”
16.01.2019, 22:03

Həmsədrlər bəyanat yaydı: “Əhalinin sülhə hazırlanması ilə bağlı razılığa gəlinib”

Qasırğa Gürcüstanda ciddi fəsadlar törətdi - FOTO
16.01.2019, 21:53

Qasırğa Gürcüstanda ciddi fəsadlar törətdi - FOTO

“Rusiyanın Dilqəm Əsgərovun geri qaytarılması ilə bağlı səylərini artıracağını gözləyirik” - XİN rəsmisi
16.01.2019, 21:42

“Rusiyanın Dilqəm Əsgərovun geri qaytarılması ilə bağlı səylərini artıracağını gözləyirik” - XİN rəsmisi

Türkiyə Rusiya prezidentləri yenidən bir araya gələcək
16.01.2019, 21:24

Türkiyə Rusiya prezidentləri yenidən bir araya gələcək

Sumqayıtda 24 yaşlı gənc itkin düşüb - FOTO
16.01.2019, 21:10

Sumqayıtda 24 yaşlı gənc itkin düşüb - FOTO

Türkiyədə 80 minədək hərbçi hazır vəziyyətə gətirildi
16.01.2019, 20:54

Türkiyədə 80 minədək hərbçi hazır vəziyyətə gətirildi

Azərbaycanlı “donuz qripi”nə yoluxdu
16.01.2019, 20:43

Azərbaycanlı “donuz qripi”nə yoluxdu

Dəmiryolunda təcili yardım lokomotivi istifadəyə verildi
16.01.2019, 20:28

Dəmiryolunda təcili yardım lokomotivi istifadəyə verildi

Dövlət Gömrük Komitəsinin Akademiyasına mediatur
16.01.2019, 20:16

Dövlət Gömrük Komitəsinin Akademiyasına mediatur

Seysmoloji Xidmət zəlzələ olacağı ilə bağlı məlumatlara CAVAB VERDİ
16.01.2019, 20:02

Seysmoloji Xidmət zəlzələ olacağı ilə bağlı məlumatlara CAVAB VERDİ

Nazirliyin strukturu və idarə edilməsi təkmilləşdirilir
16.01.2019, 19:48

Nazirliyin strukturu və idarə edilməsi təkmilləşdirilir

Ermənistanda sığorta agentləri də etiraza qalxdı
16.01.2019, 19:37

Ermənistanda sığorta agentləri də etiraza qalxdı

İranla Azərbaycan arasında hərbi sahədə protokol imzalandı
16.01.2019, 19:25

İranla Azərbaycan arasında hərbi sahədə protokol imzalandı

Xarici işlər nazirləri fevralda yenidən görüşəcək
16.01.2019, 19:14

Xarici işlər nazirləri fevralda yenidən görüşəcək

SOCAR-ın 2500-ə yaxın neftçini dənizdən təxliyyə edib
16.01.2019, 19:10

SOCAR-ın 2500-ə yaxın neftçini dənizdən təxliyyə edib

Şəkidə Olimpiya məhəlləsində zenit top mərmisi tapılıb 
16.01.2019, 19:02

Şəkidə Olimpiya məhəlləsində zenit top mərmisi tapılıb 

Ötən il 22 dini icmanın qeydiyyatına imtina olunub
16.01.2019, 18:50

Ötən il 22 dini icmanın qeydiyyatına imtina olunub

Agentlik 50-ə yaxın obyekti cərimələdi
16.01.2019, 18:31

Agentlik 50-ə yaxın obyekti cərimələdi

Festivalla bağlı Koordinasiya Komissiyasının iclası keçirildi
16.01.2019, 18:24

Festivalla bağlı Koordinasiya Komissiyasının iclası keçirildi

Ağstafada növbəti hesabat yığıncağı keçirildi
16.01.2019, 18:23

Ağstafada növbəti hesabat yığıncağı keçirildi

Mədəniyyət Nazirliyi də hava şəraiti ilə bağlı hərəkətə keçdi
16.01.2019, 18:20

Mədəniyyət Nazirliyi də hava şəraiti ilə bağlı hərəkətə keçdi

Ermənistanda baş nazirin müavinləri təyin olundu
16.01.2019, 18:11

Ermənistanda baş nazirin müavinləri təyin olundu

Coğrafiya İnstitutu: Azərbaycandan siklon keçəcək   
16.01.2019, 17:54

Coğrafiya İnstitutu: Azərbaycandan siklon keçəcək  

“Müəllimə dedi ki, sinifdə qızlar var, o kəlməni işlətməyin” - Mübariz İbrahimovun sinif yoldaşı
16.01.2019, 17:49

“Müəllimə dedi ki, sinifdə qızlar var, o kəlməni işlətməyin” - Mübariz İbrahimovun sinif yoldaşı

Səhiyyə Nazirliyindən “Whatsapp”dakı “donuz qripi” ilə bağlı BƏYANAT
16.01.2019, 17:47

Səhiyyə Nazirliyindən “Whatsapp”dakı “donuz qripi” ilə bağlı BƏYANAT

Kəmaləddin Heydərov nazirliyi gücləndirilmiş rejimə keçirdi   
16.01.2019, 17:43

Kəmaləddin Heydərov nazirliyi gücləndirilmiş rejimə keçirdi  

AMEA-da üç nəfərə yeni vəzifə verildi   
16.01.2019, 17:39

AMEA-da üç nəfərə yeni vəzifə verildi  

Rövşən Rzayev Sabunçuda köçkünlərlə görüşüb
16.01.2019, 17:30

Rövşən Rzayev Sabunçuda köçkünlərlə görüşüb

Rektor universitetdə imtahanları dayandırdı   
16.01.2019, 17:24

Rektor universitetdə imtahanları dayandırdı  

Daha bir nazirlik hazırlıq vəziyyətinə gətirildi
16.01.2019, 17:17

Daha bir nazirlik hazırlıq vəziyyətinə gətirildi

Zakir Həsənov Milli Orduya göstəriş verdi   
16.01.2019, 17:06

Zakir Həsənov Milli Orduya göstəriş verdi  

“ABŞ Dağlıq Qarabağın Azərbaycanlı icmasının fəaliyyətini yaxından izləyir”
16.01.2019, 17:05

“ABŞ Dağlıq Qarabağın Azərbaycanlı icmasının fəaliyyətini yaxından izləyir”

ARXİV