Modern.az

Ötən gün kafedəki partlayışda yaralanan qadının vəziyyəti ağırdır

Ötən gün kafedəki partlayışda yaralanan qadının vəziyyəti ağırdır

Aktual

22 May 2018, 16:52

Mayın 21-də Binəqədi rayonunda yerləşən kafelərdən birində baş verən partlayışda ağır yanıq xəsarətləri alan 1965-ci il təvəllüdlü Şəkər İbrahimovanın vəziyyəti ağır olaraq qalır.

 

Bu barədə Modern.az-a Respublika Yanıq Mərkəzinin baş həkimi Şöhrət Məmmədov bildirib.

 

Həkim bildirib ki, xəstənin həyati təhlükəsi yüksək olaraq qalır:

 

“Çünki bədən səthinin 95 faizi yanıb”.

 

Qeyd edək ki, mayın 21-də günorta saatlarında Bakı şəhəri, Binəqədi rayonunda ümumi sahəsi 25 kv.m olan (10 kv.m hissəsi daşdan, qalan hissəsi taxta konstruksiyalardan ibarət) tikilinin (çayxana kimi fəaliyyət göstərir) içərisində propan qaz balonu partlayıb.

 

Nəticədə tikilinin yanar konstruksiyaları yanıb. Hadisə nəticəsində 2 nəfər ölüb, iki nəfər isə xəstəxanaya çatdırılmışdı. Bədən səthinin 100 faizi yanan, 1974-cü il təvəllüdlü İbrahimov Natiq Zahid oğlu mayın 22-də gecə saat 02:00 radələrində yerləşdirildiyi Respublika Yanıq Mərkəzində dünyasını dəyişib. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı