Modern.az

İlahiyyat İnstitutuna bina ayrılıb

İlahiyyat İnstitutuna bina ayrılıb

Aktual

24 May 2018, 11:02

"Azərbaycan İlahiyyat İnstitutuna "20 Yanvar" metro stansiyası yaxınlığında bina ayrılıb".

 

Modern.az xəbər verir ki, bu barədə məlumatı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı verib. Onun sözlərinə görə,  gələcəkdə instituta şəhərdən kənarda yer ayrılacaq və kampus tikiləcək:

 

"Bu il İlahiyyat İnstitutuna dinşünaslıq və islamşünaslıq ixtisasları üzrə qəbul elan edilib. Ümumilikdə instututa 60 tələbə qəbul olunacaq. İlahiyyat İnstitutuna birləşdirilən Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsində hazırda oxuyan tələbələr də nəzərə alınsa, təxminən 100 tələbə olacaq. Bu tələbələr üçün isə hazırda ayrılan bina yetərlidir".

 

O əlavə edib ki, gələcəkdə institutda xristianlıq, yəhudilik və digər dinlərlə bağlı ixtisaslar da yaradılacaq.

 

M.Qurbanlı deyib ki,  yaxın vaxtlarda İlahiyyat İnstitutuna rektor təyin ediləcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı