Modern.az

Şagird summativlərində dəyişikliklər OLACAQ

Şagird summativlərində dəyişikliklər OLACAQ

Aktual

24 May 2018, 13:49

“Gələn tədris ilindən Azərbaycanda azyaşlı şagirlər üçün kiçik və böyük summativlərdə dəyişiklik nəzərdə tutulur”.

Modern.az-ın məlumatına görə, bunu təhsil naziri Ceyhun Bayramov Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında deyib.

Nazir bildirib ki, Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən təhsil institutu ilə birlikdə bu istiqamətdə işlər gedir, tədqiqatlar aparılır.

“Düşünürəm ki, xüsusi olaraq aşağı yaşlı şagirdlər üçün kiçik və böyük summativlərdə növbəti tədris ilində bir sıra dəyişikliklər nəzərdə tutulacaq”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı