Modern.az

Gənc fiziklərin ötən il “Thomson Reuters”in jurnallarında 118 elmi məqaləsi yayımlanıb

Gənc fiziklərin ötən il “Thomson Reuters”in jurnallarında 118 elmi məqaləsi yayımlanıb

24 May 2018, 21:00

Bakı Dövlət Universitetində (BDU) Təhsil Nazirliyinin və “STAR-NET”in birgə təşkilatçılığı ilə magistrantların və gənc tədqiqatçıların “Fizika və astronomiya problemləri” mövzusunda beynəlxalq elmi konfransı öz işinə başlayıb.

BDU-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə Rusiya, Türkiyə, Ukrayna, Belarus və Qazaxıstanın universitetlərindən, həmçinin respublikamızın ali təhsil müəssisələrindən və elmi təşkilatlarından nümayəndələr iştirak ediblər.

Beynəlxalq konfransın plenar iclasında çıxış edən rektor, akademik Abel Məhərrəmov tədbirin ulu öndər Heydər Əliyevin 95, Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyinə həsr olunduğunu söyləyib, BDU-nun fizika fakültəsinin əməkdaşlarının yüksək səviyyədə apardıqları nəzəri və eksperimental tədqiqatların nəticələrinin dünyanın nüfuzlu jurnallarında dərc edildiyini söyləyib. Bildirilib ki, 2017-ci ilin nəticələrinə görə, fizika fakültəsinin gənc alim və tədqiqatçıları “Thomson Reuters” agentliyinin siyahısına daxil olan jurnallarda 118 elmi məqalə dərc etdiriblər. Bu da ölkə üzrə çox yüksək göstəricidir. Bu amil bir daha gənc tədqiqatçıların, ümumiyyətlə, yeni nəslin fundamental elm sahələrinə marağının getdikcə artmasını təsdiq edir.

Fizika fakültəsinin dekanı, professor Məmmədəli Ramazanov ikigünlük konfransın proqramı və bölmə iclasları barədə məlumat verib.

Gənc doktorantlar Həbibə Şirinova və Şəlalə Şamilovanın məruzələri dinlənilib. Məruzələrdə bildirilib ki, ötən il “Thomson Reuters” agentliyinin siyahısına daxil olan jurnallarda 118 elmi məqalənin dərc olunması BDU-da innovativ sahələr üzrə tədqiqatlar aparmaq üçün yaradılan şəraitin daha bir təsdiqidir.

Sonra konfrans işini “Nəzəri fizika və astrofizika”, “Bərk cisimlər və yarımkeçiricilər”, “Fiziki elektronika”, “Biofizika və molekulyar fizika”, Nanomateriallar və nanotexnologiyalar”, “Fizikanın tədrisi üsulları” bölmələri üzrə davam etdirib. İclaslarda ümumilikdə 116 məruzə dinləniləcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada dəhşət Ukrayna Vampirləri işə saldı