Modern.az

“Qoy ictimaiyyət bilsin ki, biz Konstitusiyamıza zidd heç bir addım atmırıq”

“Qoy ictimaiyyət bilsin ki, biz Konstitusiyamıza zidd heç bir addım atmırıq”

Aktual

25 May 2018, 11:58

“Mən istəyirəm ki, jurnalistlər də burada qalsın, yəni, Azərbaycan ictimaiyyəti də bilsin ki, biz Konstitusiyamıza zidd heç bir addım atmırıq”. Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin Gənclər və idman komitəsi ilə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin mayın 25-də keçirilən birgə iclasında vitse-spiker Valeh Ələsgərov deyib.

Vitse-spiker qeyd edib ki, nə “Ələt azad iqtisadi zonası haqqında” qanun layihəsində, nə də “Normativ hüquqi aktlar haqqında” Konstitusiya qanununda Azərbaycanın mənafeyinə, ölkə Konstitusiyasına zidd heç nə yoxdur:


“Qoy bunu bütün ictimaiyyətimiz də bilsin ki, onların mənafeyinə toxunacaq heç nə yoxdur. Əksinə, bom-boş ərazidə Azərbaycanın iqtisadiyyatına töhfə verə biləcək bir azad iqtisadi zona yaradılır və bununla da bağlı qanunvericilik qəbul edirik. Mənafeyimizə, maraqlarımıza, Konstitusiyamıza zidd ola biləcək heç yoxdur. Axı, investor qapı-qapı düşüb gəzməyəcək ki?! Nə etməliyiksə, biz etməliyik, qanunvericiliklə tənzimləmələyik. Məqsdəd bundan ibarətdir, yəni, investor üçün əlverişli mühit yaratmaq”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı