Modern.az

Milli Məclis iyunda 3 növbədənkənar iclas keçirəcək  - İclasların vaxtı məlum oldu

Milli Məclis iyunda 3 növbədənkənar iclas keçirəcək  - İclasların vaxtı məlum oldu

Parlament

4 İyun 2018, 11:50

Milli Məclisin iyun ayındakı  2 növbədənkənar iclasının vaxtı bəlli olub.

Modern.az-ın əldə etdiyi məlumata görə, Milli Məclisin iyun ayında keçriləcək ilk növbədənkənar iclası iyunun 12-də keçiriləcək.

Daha sonra ikinci iclas iyunun 29-da baş tutacaq.

Həmçinin bildirilib ki, gündəlikdə olan məsələlərin sayı çox olduğundan ola bilər ki, 3-cü növbədənkənar iclas da keçirilsin.

Qeyd edək ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, parlamentin yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-dək davam edir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı