Modern.az

Tarixdə İLK: Türk Dünyasının Xarici Əlaqələr Komitələri Bakıda TOPLANIR

Tarixdə İLK: Türk Dünyasının Xarici Əlaqələr Komitələri Bakıda TOPLANIR

Parlament

25 Aprel 2024, 09:01

Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrin deputatları Azərbaycanda səfərdədir.

 

Modern.az-ın məlumatına görə, deputatlar Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri Sədrlərinin Birinci İclasında iştirak edəcəklər.

 

İclas Milli Məclisdə baş tutacaq. Görüşə təşkilata üzv ölkələrin millət vəkilləri, həmçinin Şimali Kipr Türk Respublikasının parlamentariləri qatılacaq.

 

Tarixdə ilk dəfə bu formatda keçirilən toplantıda Xarici Əlaqələr Komitələrinin işinin əlaqələndirilməsi, Türk Dövlətləri Təşkilatında inteqrasiya proseslərinin dərinləşdirilməsi, eləcə də digər mövzular müzakirə ediləcək.

 

Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri Sədrlərimin növbəti iclasları təşkilata üzv olan digər ölkələrdə keçiriləcək.

 

Xatırladaq ki, Prezident İlham Əliyev fevralın 14-də keçirilən andiçmə mərasimində Türk Dövlətləri Təşkilatının prioritet olduğunu vurğulayıb. Azərbaycanın yürütdüyü siyasətin bunu aydın göstərdiyini vurğulayan dövlət başçısı bildirib: “Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır”.

Whatsapp
Bizə yazın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok