Modern.az

Trampla Kimin imzaladığı sənədi hər kəs gördü- FOTO

Trampla Kimin imzaladığı sənədi hər kəs gördü- FOTO

12 İyun 2018, 12:00

ABŞ prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Çen Inın birgə imzaladığı sənədin şəkli yayımlanıb.

 

Modern.az xəbər verir ki, bu tarixi sənədin şəklini “ABC” kanalının jurnalisti Konor Finneqan öz “Tvitter” hesabında yayımlayıb.

İki liderin birgə imzaladığı sənəddə onların dərin və səmimi şəkildə fikirlərini bölüşdükləri və rəsmi Pxenyanın nüvəsizləşdirmə prosesinə sadiqliyi öz əksini tapıb.

 

Həmçinin sənəddə 4 bənd göstərilib.

Birinci bənddə iki ölkə liderlərinin münasibətləri yeni müstəviyə daşımaq barədə öhdəlik götürməsi göstərilib.

“ABŞ və Şimali Koreya Koreya yarımadasında uzunmüddətli və stabil sülh üçün öz səylərini birləşdirirlər” – ikinci bənddə qeyd olunub.

 

Üçüncü və dördüncü bəndlər isə yarımadanın nüvə silahlarından təmizlənməsi və orada qalan ABŞ əsgərlərinin axtarışının həyata keçirilməsi öz əksini tapıb.

Qeyd edək ki, iyunun 12-də Sinqapurda çoxdan gözlənilən ABŞ və Şimali Koreya liderlərinin tarixi görüşü baş tutub. Sammitin nəticələri barədə hər iki ölkə lideri birgə sənəd imzalayıblar.

 

Əvəz ZEYNALOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı