Modern.az

Millət vəkili Ramazanda kəndləri gəzdi - Foto

Millət vəkili Ramazanda kəndləri gəzdi - Foto

Aktual

17 İyun 2018, 12:46

Millət vəkili Qənirə Paşayeva Tovuzda kəndləri gəzib və sakinləri ziyarət edib.

Modern.az xəbər verir ki, Qənirə Paşayeva görüşdə Ramazan bayramı günlərində seçiciləri ilə bir yerdə olmaq istədiyini bildirib və onların qayğılarını dinləyib. Bir çox xəstəni ziyarət edən millət vəkili onların müalicələri ilə maraqlanıb, bəzilərinin daha yüksək səviyyəli müalicə almaları və əməliyyat olunmaları üçün Səhiyyə Nazirliyi ilə əlaqə saxlayaraq Bakıda və ya Rayon Mərkəzi Xəstəxanasında yerləşdirilməsini təşkil edib.

Millət vəkili kəndlərdə fiziki imkanları məhdud insanlarla da görüşüb, tək-tək vətəndaşları dinləyərək, onları narahat edən problemlərlə bağlı qeydlər aparıb.

Seçiciləri ilə görüşdə Qənirə Paşayeva Milli Məclisdə qəbul olunan qərar və qanunlardan, qanunlara edilən əlavə və dəyişikliklərdən danışıb, seçicilərini maraqlandıran və narahat edən məsələlərin araşdırılacağını bildirib.
Qənirə Paşayeva sakinlərə bayram hədiyyələri də təqdim edib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı