Modern.az

Oqtay Əsədov Çinə gedir

Oqtay Əsədov Çinə gedir

Aktual

19 İyun 2018, 12:53

Milli Məclisin sədri Oqtay Əsədovun rəhbərliyi ilə parlament nümayəndə heyəti Ümumçin Xalq Nümayəndələri Yığıncağının sədri Li Canşunun dəvəti ilə iyunun 19-dan 23-dək Çin Xalq Respublikasında rəsmi səfərdə olacaq.

Modern.az xəbər verir ki, səfər zamanı Ümumçin Xalq Nümayəndələri Yığıncağının rəhbərliyi ilə keçiriləcək görüşlərdə iki ölkə arasında münasibətlərin, o cümlədən parlamentlərarası əlaqələrin inkişafına dair müzakirələr aparılacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı