Modern.az

Göldə batan lerikli oğlanın meyiti tapıldı - YENİLƏNİB

Göldə batan lerikli oğlanın meyiti tapıldı - YENİLƏNİB

20 İyun 2018, 13:29

20.06.2018-ci il tarixində Lənkəran çayının Lerik rayonunun Piran kəndi ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 1994-cü il təvəllüdlü Həbibullayev Ramin İlqar oğlunun axtarışları başa çatıb. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, R.Həbibullayev cəsədi Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

***

Fövqəladə Hallar Nazirliyi Lerik sakininin göldə batması barədə məlumat yayıb.

Nazirlikdən Modern.az-a verilən məlumata görə, Lerik rayonunun Piran kəndi ərazisində süni göldə 1 nəfərin batdığı ehtimal olunur.

 

Fövqəladə Hallar Nazirliyinin Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı