Modern.az

Şirvan sakini qətlə yetirildi

Şirvan sakini qətlə yetirildi

Aktual

22 İyun 2018, 20:04

Şirvan şəhərində qətl hadisəsi törədilib. Modern.az APA-ya istinadən xəbər verir ki, Şirvan sakini, 1978-ci il təvəllüdlü Abbasov Abbas Qulamhüseyn oğlu şəhər kənarında, yaşayış olmayan ərazidə çoxsaylı bıçaq zərbəsi ilə qətlə yetirilib.

 

Qətli törədən Şirvan sakini, 1994-cü il təvəllüdlü İbadov Əziz Loğman oğlu polisə təslim olub.

 

Qətl mübahisə zəminində baş verib.

 

Faktla bağlı Şirvan prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü