Modern.az

Türkiyədə prezidentliyə namizədlər son mitinqlərə HAZIRLAŞIR

Türkiyədə prezidentliyə namizədlər son mitinqlərə HAZIRLAŞIR

23 İyun 2018, 13:33

Türkiyədə partiyalar və prezidentliyə namizədlər son mitinqlərə hazırlaşırlar.

Modern.az saytı Türkiyə KİV-nə istinadən xəbər verir ki, seçkilərə bir gün qalmış namizədlərin mitinq keçirəcəyi məkanlar artıq bəllidir.

Belə ki, Xalqların Demokratik Partiyası (HDP)  İzmir Gündoğdu Meydanında, Rəcəp Tayyip Ərdoğan İstanbulun 5 rayonunda, Milliyətçi Hərəkat Partiyası (MHP) Ankara Anadolu Meydanında, Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi  Muharrem İncə Maltepedə, İYİ Partiyanın namizədi, partiyanın başqanı Meral Akşener isə İstanbulda mitinq keçirəcək.

Xatırladaq ki,sabah Türkiyədə prezident və parlament seçkiləri  baş tutacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü