Tələbə Qəbulu üzrə Dövlət Komissiyası noyabrın 26-dan etibarən Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin MBA və TEMPUS beynəlxalq proqramları üzrə magistraturasına və Azərbaycan Diplomatik Akademiyasının magistraturasına sənəd qəbulu aparır.
Qaydalara əsasən, bakalavrlar TQDK-nın internet səhifəsində "Bakalavrın elektron ərizəsi" formasını doldurur, sonra tələb olunan sənədləri TQDK-da yaradılmış Sənəd Qəbulu Komissiyasına (SQK) təqdim edib “Bakalavrın elektron ərizəsi” formasını təsdiq etdirirlər.
TQDK-dan Modern.az-a bildirilib ki, 3 dekabr saat 12:00-dək 343 bakalavr internetlə “Elektron ərizə” doldurub, onlardan 192 nəfəri SQK-da ərizəsini təsdiq etdirib.
Sənəd qəbulu 4 dekabr saat 17:00-dək aparılır. Yalnız elektron ərizələrini SQK-da təsdiq etdirən bakalavrlar imtahanda iştirak etmək hüququ əldə edəcəklər.