Modern.az

Tramp NATO alyansına nə üçün ultimatum verdi?

Tramp NATO alyansına nə üçün ultimatum verdi?

Dünya

11 İyul 2018, 14:31

Bugün NATO sammiti öz işinə başlayır. 2 gün davam edəcək sammit NATO-nun Brüsseldəki yeni mənzil qərargahının açılış mərasimi ilə start götürəcək.

 

Yeni NATO qərargahı 41 hektar sahədə yerləşir və ən müasir texnoloji yeniliklərlə təchiz olunacaq. Tikinti işlərinə 2 milyard avrodan artıq vəsait xərclənib. Artıq sammitdə iştirak edəcək ölkə liderləri Brüsselə gəlib. ABŞ prezidenti Donald Trampın göyərtəsində olduğu təyyarə bir neçə saat əvvəl Brüssel hava limanına eniş edib.

 

Brüssel sammitində üzv ölkələrin ümumi çevik qoşunlar yaratması məsələsi gündəmdədir. Bu barədə NATO Baş katibi Yens Stoltenberq geniş açıqlama verib. Bu qüvvələrin tərkibinə 30 batalyon, 30 aviasiya eskadrilyası və 30 hərbi gəmi daxil ediləcək. Qoşunun 30 gün ərzində hazır olması gözlənilir.

 

Baş katib İraq ordusu üçün hərbi instruktorların hazırlanmasını və Şimali Amerika ilə Avropa arasında etibarlı logistik əlaqə yaradacaq qərargahın hazır olmasının da sammitin gündəliyində olduğunu açıqlayıb.

NATO-nun yaxın 6 ildə hərbi xərclərini 266 milyard dollara çatdırmaq planlarının olduğu və üzv ölkələrin sammitdə maliyyə öhdəliklərini öz aralarında bərabər bölməyə çalışacaqları da vurğulanıb.   

 

Bu məsələdə xüsusən ABŞ prezidenti Donald Trampın mövqeyi önəmli olacaq. Tramp ABŞ-ın Avropanın təhlükəsizliyinə həddən artıq çox vəsait xərclədiyi fikrindədir.

 

 

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı