Modern.az

İxtisas seçimi zamanı nələrə diqqət yetirməli? – DİM-dən XƏBƏRDARLIQ

İxtisas seçimi zamanı nələrə diqqət yetirməli? – DİM-dən XƏBƏRDARLIQ

23 İyul 2018, 16:55

Dövlət İmtahan Mərkəzi I və IV ixtisas qrupları üzrə müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlər üçün “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?” adlı kitabçalar nəşr edib.

 

Bu barədə Dövlət İmtahan Mərkəzindən Modern.az-a məlumat verilib.

 

Bildirilib ki, “Abituriyent” jurnalının xüsusi buraxılışı olan kitabçalarda I və IV ixtisas qrupunda müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlərin imtahan ballarının paylanması, ali təhsil müəssisələrinə ixtisas qrupu üzrə qəbul planı, dövlət sifarişi üzrə yerlərin sayı, müsabiqə şərtləri və digər zəruri məlumatlar təqdim olunub.

 

Nəzərinizə çatdırırıq ki, II və III ixtisas qrupları üzrə müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlər üçün bu kitabçalar iyulun 26-da keçiriləcək qəbul imtahanlarının nəticələri elan edildikdən sonra çap ediləcək.

 

Kitabçaları aşağıdakı ünvanlarda yerləşən “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar:

 

* Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi,28;

* Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M.

 

İxtisas seçimi edəcək abituriyentlər müvafiq ixtisas qrupları üzrə 2017-ci ildə mövcud olmuş vəziyyətlə aşağıdakı keçirdlərdən tanış ola bilərlər. İxtisas seçimi etməmişdən əvvəl plan yerləri və statistik göstəriciləri müqayisə etməyi tövsiyə edirik. İxtisas seçimi zamanı nələrə diqqət yetirməli? (I qrup, 2017) İxtisas seçimi zamanı nələrə diqqət yetirməli? (IV qrup, 2017)

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...