Modern.az

Lənkəran sakini ot biçərkən öldü

Lənkəran sakini ot biçərkən öldü

Aktual

19 Avqust 2018, 20:47

Lənkəran sakini bədbəxt hadisə nəticəsində dünyasını dəyişib. Modern.az xəbər verir ki, Lənkəran rayon Hirkan qəsəbə sakini 48 yaşlı Quliyev Teymur Aləmşah oğlu ot biçərkən ürəktutmasında yerə yıxılıb.

 

Yıxılarkən onun əlində olan dəryaz sinəsinə batıb. Köməksiz vəziyyətdə qalan T.Quliyev hadisə yerində keçinib. Dünyasını dəyişən T.Quliyevin epilepsiya xəstəsi olduğu bildirilir.

 

Hazırda hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerindədir.

 

Faktla bağlı rayon prokurorluğunda araşdırmalara başlanıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı