Modern.az

Türkiyə XİN rəhbəri Fransaya gedir

Türkiyə XİN rəhbəri Fransaya gedir

Dünya

29 Sentyabr 2018, 23:24

Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri Mövlud Çavuşoğlu sabah Fransaya səfər edəcək. Modern.az Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, M.Çavuşoğlunun səfəri onun fransalı həmkarı Jan-İv Le Drianın dəvəti ilə baş tutacaq.

 

XİN rəhbərləri görüş zamanı ikitərəfli münasibətləri, regional gündəliyin aktual məsələlərini, xüsusilə Suriyadakı vəziyyəti və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə edəcəklər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı