Modern.az

Bu il 60 min ton pambığın yığılması planlaşdırılır

Bu il 60 min ton pambığın yığılması planlaşdırılır

15 Oktyabr 2018, 20:01

Bu il Azərbaycan Sənaye Korporasiyasının (ASK) balansındakı “Azərpambıq” MMC-nin səpin sahələrindən 60 min ton pambığın yığılması planlaşdırılır. Modern.az xəbər verir ki, bunu korporasiyanın baş direktoru Kamran Nəbizadə deyib.

 

K.Nəbizadə bildirib ki, “Azərpambıq” MMC-nin payına Azərbaycanda istehsal olunan pambığın 30-35 faizi düşür: “Bu il 29 min hektar sahədə səpin aparılıb və 60 min ton pambığın yığılması planlaşdırılır. Gələn il, dövlət başçısının tapşırığına əsasən, səpin sahələrini genişləndirmək, yaxın illərdə isə məhsuldarlığı hər hektardan 23-25 sentnerə qədər artırmaq planlaşdırılır. Bu tapşırıq yeni texnologiyaların və yüksək ixtisaslı kadrların cəlb olunması ilə yerinə yetiriləcək”.

Whatsapp
Bizə yazın!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir