19 dekabr 2018, Çərşənbə axşamı
Ana Səhifə - QARABAĞ - Deputat şəhid ailələrinin salındığı biabırçı vəziyyətə ETİRAZ ETDİ: “Bu yaxşı hal deyil!”
Deputat şəhid ailələrinin salındığı biabırçı vəziyyətə ETİRAZ ETDİ: “Bu yaxşı hal deyil!”
14.11.2018, 15:46

“Zamirə Hacıyevanın xərclədiyi pullarla bütün şəhidlərin haqqını vermək olardı”


“Regionların 33-ü büdcədən asılılığını gələn il aradan qaldıracaq. Bu, yaxşı hadisədir. Deməli, on il ərzində bölgələrə qoyulan 50 milyard manata yaxın vəsait orada müsbət nəticəsini verib.Yerdə qalan rayonlara növbəti ildə 840 milyon manat ayrılacaq.

Bununla belə, indiyədək bölgələrdə açılan zavod və fabriklərin heç də hamısı bazar iqtisadiyyatının minimum rəqabətinə dözməyib, bir qismi ya sıradan çıxıblar, ya da yarımgücü ilə fəaliyyət göstərirlər”.

 

Modern.az xəbər verir ki, bunu parlamentin bu gün keçirilən iclasında deputat Zahid Oruc deyib.

 

O bildirib ki, bir neçə gün əvvəl Quba rayonunda olarkən tonlarla almanın yerdə qalıb çürüdüyünü görüb. Deputatın sözlərinə görə, bütün rayon üzrə bunun çəkisi min tonlara çatır, nəticədə, insanlara milyonlarla manat ziyan dəyir.

 

“Əvəzində nə qədər ürəkağrıdan mənzərə olsa da, bütün respublika bazarları İrandan gələn qurudulmuş alma-armud və digər meyvələrin sirkəsi, şirəsi ilə doludur.

 

Bizim ekoloji təmiz meyvələrimiz isə rayonda istehsal gücü zəif olan zavodların ucbatından əhalinin qida rasionundan kənarda qalır və gündən-günə cavanlaşan xəstəliklərimizdə öz əksini tapır. Təklif edirəm ki, hökumət indiyədək regionlarda açılan müəssisələrin yararlılıq və istehsal imkanları haqda müfəssəl bir hesabat hazırlayıb dövlət rəhbərinə təqdim etsin və onun Milli Məclisdə geniş müzakirələri təşkil edilsin.

Bax, onda iş axtarışı ilə bölgədən paytaxta üz tutanlar azalacaq, Bakı şəhərinin əmək və mənzil bazarındakı gərginlik səngiyəcək. Bir qədər obrazlı desək, təkcə Quba rayonunda sahələrdə külə dönən yerüstü sərvətdən böyük bir “Apple” müəssisəsinin filialını açmaq olardı. Axı nəhəng korporasiyalar da milyonlarla manat dəyəri olan belə məhsullardan vaz keçmirlər”.

 

Deputat şəhid ailələri ilə bağlı məqama da toxunub:

 

“Şəhid hərbi qulluqçuların ailələrinə verilən sığorta haqları ilə bağlı hökumətin atdığı addımları dəyərləndirmək istərdim. Xatırlatmaq yerinə düşər ki, məlum fərman 11 aprel seçkilərindən sonra prezidentin ilk qərarı idi və bununla da dövlət başçısı hamıya onu nümayiş etdirdi ki, torpaqlarımız uğrunda canından keçən insanlar onun nəzərində birincidir və dövlətin məhək daşları hesab olunur.

 

Azərbaycanın bütövlüyü uğrunda illərlə böyük iradə və misilsiz xidmətlər göstərən Ali Baş komandan əsgər və zabitlərin qədrini hamıdan yaxşı bilir. Həmin müqəddəs fərmanı ilahi mahiyyətinə uyğun da yerinə yetirmək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Dövlət Kommersiya Sığorta Şirkətinin vəzifə borcudur.

Təəssüflər olsun ki, son iki ayda biz həmin ailələrin kütləvi xarakterli şikayət və müraciətləri ilə üz-üzə qalmışıq. Nə baş verir? Burada yaranan sualları aydınlaşdırmaq üçün qeyd etməliyəm ki, əvvəlki nazir Səlim Müslümov vəzifəsindən getsə də, onun keçmiş fəaliyyəti qanunsuz elan olunmayıb və elə olan halda hörmətli Səlim müəllimdən gətirəcəyim sitatı kimsə şübhə altına ala bilməyəcək. Fərmanın dərcindən bir gün sonra Səlim müəllim nazirliyin rəsmi saytında deyir: fərman 8800 ailəyə şamil olunacaq.

 

Deməli, belə bir hesablama həmin günlərdə aparılıb. İndi nə baş verir? Cavabdeh sığorta qurumunun yaşlı bir xanım işçisi həssaslıq və diqqət tələb edən minlərlə şəhid ailəsinin qarşısına iki ədəd köhnə, nimdaş bir dəftərlə çıxıb və sübut etməyə çalışır ki, o insanların çoxu haqsızdır.

 

O boyda qurum müasir texnologiyalarla həmin sənədləri bu on ildə kompüterləşdirə bilməzdimi? Sonra uydurdular ki, arxiv yanıb. Bu, necə ola bilər, axı, millətimizin tarixinin ən şanlı səhifələrini yazan adamların tərcümeyi-halı necə yana bilər?

 

O nimdaş dəftərlərdə olan qeydlərdən iqtibaslar gətirmək istəyirəm. Guya yaşlı bir ana oğlunun “yeddi”si çıxmamış gedib o pulu alıb. Yaxud, varis olmadığından iki yaşlı nənə və baba nəvələri üçün sığorta pulunu 40 mərasimi çıxmamış, hələ dərd soyumamış alıblar. Adicə çəkilən imza bunun saxta oldugunu göstərir. 90 yaşlı baba sanki Donald Trampın məlum möhtəşəm qolunu çəkib”.

 

Zahid Oruc hesab edir ki, buna inanmaq mümkün deyil:

 

“Ona görə düşünürəm ki, bu işin içərisində hansısa bir “qara əl” var. Adamlar gedib öz haqqını məhkəmələrdə sübut edir. Bu, yaxşı hal deyil. İndi də hüquqi varis məsələsini ortaya atıblar. Halbuki sadə vətəndaş belə düşünür ki, Londonda saray həbsxanasında olan Zamirə Hacıyevanın dəbdəbəyə xərclədiyi 130 milyon manatla 1988-1997-ci illərin bütün şəhidlərinin haqqını vermək olardı.

 

Cahangir Hacıyevin  milyardları ilə isə o şəhidlər hər il kompensasiya ala bilərdi. Ona görə  gələn ilin büdcəsində bu məqsədlə ayrılmış 50 milyon manatı böldükdə onu alacaq 4500 ailə ilə bağlı sığorta təşkilatı hər həftə cəmiyyətə məlumat verməlidir və o müqəddəs fərmanın ruhuna xələl gətirən bütün addımlardan daşınmalıdır” - deyə Z.Oruc əlavə edib.

 


Mirmahmud KAZIMOĞLU
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
İcazəsiz ov etmək istəyən 2 nəfər saxlanıldı
19.12.2018, 09:24

İcazəsiz ov etmək istəyən 2 nəfər saxlanıldı

Azərbaycan musiqisinin ABŞ-dakı yorulmaz təmsilçisi
19.12.2018, 09:24

Azərbaycan musiqisinin ABŞ-dakı yorulmaz təmsilçisi

Axtarışda olan şəxsi polis saxladı
19.12.2018, 09:08

Axtarışda olan şəxsi polis saxladı

Azay Quliyev Milli Platformaya seçimlərdəki ədalətsizliyi tənqid etdi
19.12.2018, 09:06

Azay Quliyev Milli Platformaya seçimlərdəki ədalətsizliyi tənqid etdi

“Futbolumuzun anası ağlar qalıb!” - İdman jurnalistlərindən AFFA-ya ŞOK İTTİHAMLAR
19.12.2018, 08:52

“Futbolumuzun anası ağlar qalıb!” - İdman jurnalistlərindən AFFA-ya ŞOK İTTİHAMLAR

Bakıda gənc qız itkin düşüb
19.12.2018, 08:33

Bakıda gənc qız itkin düşüb

Manatının MƏZƏNNƏSİ dəyişdi?
19.12.2018, 08:20

Manatının MƏZƏNNƏSİ dəyişdi?

Ölkəyə 11 ayda 995 min 957 ton yük ixrac olunub
19.12.2018, 00:46

Ölkəyə 11 ayda 995 min 957 ton yük ixrac olunub

Elektromobil sürücüsü olan qız gülüş hədəfində - VİDEO
19.12.2018, 00:29

Elektromobil sürücüsü olan qız gülüş hədəfində - VİDEO

Goranboy piyada vuruldu: Yaxınları yolu bağladı
19.12.2018, 00:09

Goranboy piyada vuruldu: Yaxınları yolu bağladı

Azərbaycan nefti ucuzlaşıb
18.12.2018, 23:51

Azərbaycan nefti ucuzlaşıb

Baş nazir istefa verdi
18.12.2018, 23:34

Baş nazir istefa verdi

Azərbaycanlıları xərçəng edən əsas səbəb – VİDEO
18.12.2018, 23:25

Azərbaycanlıları xərçəng edən əsas səbəb – VİDEO

Bakıda qız 20 gün əvvəl itkin düşüb
18.12.2018, 23:09

Bakıda qız 20 gün əvvəl itkin düşüb

VMF saatlarının təqdimatı oldu - FOTOLAR
18.12.2018, 22:53

VMF saatlarının təqdimatı oldu - FOTOLAR

Günəş sisteminin ən uzaq obyekti kəşf edilib
18.12.2018, 22:37

Günəş sisteminin ən uzaq obyekti kəşf edilib

Azərbaycana Hindistandan turist cəlb olunur
18.12.2018, 22:18

Azərbaycana Hindistandan turist cəlb olunur

Qarabağ atları London Beynəlxalq Atçılıq Şousunda
18.12.2018, 22:07

Qarabağ atları London Beynəlxalq Atçılıq Şousunda

Bakıda avtomobil “Bravo”ya girdi
18.12.2018, 21:53

Bakıda avtomobil “Bravo”ya girdi

Azərbaycandan aparılan arı pətəklərini Rusiyaya buraxmadılar
18.12.2018, 21:41

Azərbaycandan aparılan arı pətəklərini Rusiyaya buraxmadılar

İsrail-Fələstin münaqişəsinin həllinə dair yeni plan
18.12.2018, 21:30

İsrail-Fələstin münaqişəsinin həllinə dair yeni plan

Vərəmlə mübarizəyə dair konfrans keçirilib
18.12.2018, 21:29

Vərəmlə mübarizəyə dair konfrans keçirilib

Prezident maaşının bir hissəsini büdcəyə qaytardı
18.12.2018, 21:17

Prezident maaşının bir hissəsini büdcəyə qaytardı

Yaxşı ki, Serjik 5 rayonun qaytarılmasından imtina edib
18.12.2018, 21:04

Yaxşı ki, Serjik 5 rayonun qaytarılmasından imtina edib

Mediada  Azərbaycan dilinin təmizliyinin qorunması  müzakirə edildi
18.12.2018, 20:58

Mediada  Azərbaycan dilinin təmizliyinin qorunması  müzakirə edildi

İsrail parlamentində ermənilərin saxta diplomları ilə bağlı həyəcan
18.12.2018, 20:44

İsrail parlamentində ermənilərin saxta diplomları ilə bağlı həyəcan

“Mercedes” yük maşınına çırpıldı
18.12.2018, 20:28

“Mercedes” yük maşınına çırpıldı

ABŞ yeni hərbi qurum yaradır
18.12.2018, 20:17

ABŞ yeni hərbi qurum yaradır

Azərbaycanın mobil operatoru öz smartfonunu buraxır
18.12.2018, 20:04

Azərbaycanın mobil operatoru öz smartfonunu buraxır

Sumqayıtda əmək yarmarkası keçirilib - FOTO
18.12.2018, 19:59

Sumqayıtda əmək yarmarkası keçirilib - FOTO

Köməksiz qalan azyaşlı xilas edildi
18.12.2018, 19:57

Köməksiz qalan azyaşlı xilas edildi

Əhalinin banklarda 8 milyarddan çox əmanəti var
18.12.2018, 19:46

Əhalinin banklarda 8 milyarddan çox əmanəti var

Polad Bülbüloğlu yenidən sədr seçildi
18.12.2018, 19:41

Polad Bülbüloğlu yenidən sədr seçildi

“Azerspace-2” telekommunikasiya peyki sınaq orbitinə çatıb
18.12.2018, 19:32

“Azerspace-2” telekommunikasiya peyki sınaq orbitinə çatıb

Bakıda masaj salonu fahişəxana çıxdı - Sahibi həbs olundu
18.12.2018, 19:24

Bakıda masaj salonu fahişəxana çıxdı - Sahibi həbs olundu

Azərbaycanla Gürcüstan arasında enerji sahəsində memorandum imzalandı
18.12.2018, 19:19

Azərbaycanla Gürcüstan arasında enerji sahəsində memorandum imzalandı

Tanınmış klarnet ifaçısı vəfat etdi - FOTO
18.12.2018, 19:12

Tanınmış klarnet ifaçısı vəfat etdi - FOTO

Müdafiə Nazirliyinin rəhbər heyətinin toplanışı keçirilib - FOTO
18.12.2018, 19:01

Müdafiə Nazirliyinin rəhbər heyətinin toplanışı keçirilib - FOTO

Azərbaycan xarici ölkələrlə yorulmadan işləyəcək - Hikmət Hacıyev
18.12.2018, 18:53

Azərbaycan xarici ölkələrlə yorulmadan işləyəcək - Hikmət Hacıyev

Elmar Məmmədyarov səfirləri bir araya topladı - FOTOLAR
18.12.2018, 18:40

Elmar Məmmədyarov səfirləri bir araya topladı - FOTOLAR

Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir - FOTOLAR
18.12.2018, 18:30

Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir - FOTOLAR

Konstitusiya Məhkəməsi Ali Məhkəmənin daha bir qərarını ləğv ETDİ
18.12.2018, 18:26

Konstitusiya Məhkəməsi Ali Məhkəmənin daha bir qərarını ləğv ETDİ

Azərbaycandan Türkiyə universitetlərinə attestatla qəbul dayandırılır - RƏSMİ SƏNƏD
18.12.2018, 18:20

Azərbaycandan Türkiyə universitetlərinə attestatla qəbul dayandırılır - RƏSMİ SƏNƏD

Abel Məhərrəmovun səfir oğlu mükafatlandırıldı - FOTOLAR
18.12.2018, 18:08

Abel Məhərrəmovun səfir oğlu mükafatlandırıldı - FOTOLAR

Qənirə Paşayeva Türkiyədə özəl ödülə layiq görülüb
18.12.2018, 18:04

Qənirə Paşayeva Türkiyədə özəl ödülə layiq görülüb

Rövşən Rzayev köçkünləri qəbul etdi
18.12.2018, 17:53

Rövşən Rzayev köçkünləri qəbul etdi

Deputatdan sosial şəbəkələrlə bağlı ÇAĞIRIŞ: “…dərhal ölçü götürülməlidir!”   
18.12.2018, 17:45

Deputatdan sosial şəbəkələrlə bağlı ÇAĞIRIŞ: “…dərhal ölçü götürülməlidir!”  

Prezident icra başçısı ilə bağlı sərəncam imzaladı   
18.12.2018, 17:05

Prezident icra başçısı ilə bağlı sərəncam imzaladı  

2018-ci ilin ən yadda qalan HADİSƏLƏRİ
18.12.2018, 16:53

2018-ci ilin ən yadda qalan HADİSƏLƏRİ

Gənclər Evində Avropa Həmrəylik Korpusunun açılış tədbiri oldu
18.12.2018, 16:39

Gənclər Evində Avropa Həmrəylik Korpusunun açılış tədbiri oldu

ARXİV