“The Washington Post” qəzetinin köşə yazarı Camal Qaşıqçının Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğunda qətli anının audioyazısı Türkiyə mətbuatının əlinə keçib. Modern.az xəbər verir ki, bu barədə məlumatı “Hürriyet Daily News” nəşri yayıb.
Yazılardan göründüyü kimi, jurnalisti viza şöbəsinin yerləşdiyi “A” bölməsində tutublar. "Qolumu buraxın! Özünüzü nə hesab edirsiniz?" – Qaşıqçı qışqırıb.
Türkiyənin hüquq-mühafizə orqanları səs yazısında kəşfiyyat polkovniki Maher Əbdüləziz Mutrebin səsini ayırd edə biliblər. Bu şəxs mütəmadi olaraq Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanı müşayiət edir. “Satqın! Cəzanı alacaqsan!” – deyilənə görə, o çığırırmış.
Eyni səs konsulun ofisinin yerləşdiyi “C” korpusunda qeydə alınmış yazılarda da eşidilir. Buradan 19 telefon zəngi edilib və Əbdüləziz Mutreb vəliəhdin müşaviri Səud əl-Kəhtani ilə danışıb. İlk belə zəng Qaşıqçı konsulluğun binasına daxil olandan 13 dəqiqə sonra edilib.
Audioyazıda yeddi dəqiqə ərzində Qaşıqçı ilə Türkiyəyə jurnalistlə görüşmək üçün Səudiyyə Ərəbistanından gəlmiş 4 nəfərin davası eşidilir. Onlar publisisti inzibati departamentlərin yerləşdiyi “B” bölməsinə gətirirlər. Yazıdan eşidilir ki, Qaşıqçı onu tutanlarla dalaşır, sonra isı fiziki güc tətbiqi, döyülmə və işgəncə səsləri eşidilir. Jurnalistə fiziki güc tətbiqi 11 dəqiqə davam edir, bundan sonra kabinetə sükut çökür. Müstəntiqlər hesab edir ki, həmin an qətlin iştirakçıları radiotezlik maneələrini işə salıblar. Sonra onlar müşahidə kameralarını sındırıb və sərt diskləri təmizləyiblər.
Jurnalistin ölümündən 20 dəqiqə sonra Türkiyəyə gəlmiş heyətin üzvlərindın birini, güman ki, səudiyyə kəşfiyyatının 57 yaşlı əməkdaşı Mustafa əl-Mədəniyə Qaşıqçının libasını geyindirirlər ki, o, konsulluqdan sağ çıxan jurnalisti təsvir etsin. “20 dəqiqə əvvəl öldürdüyümüz adamın paltarını geyinmək dəhşətlidir”, - o deyir. Kəşfiyyatçı şikayətlənir ki, öldürülmüş şəxsin ayaqqabısı onun ayağına çox kiçikdir və kəşfiyatçıya icazə verilir ki, öz idman ayaqqabılarını çıxarmasın. “Hürriyet” yazır ki, məhz idman ayaqqabısı sonradan qatilləri ələ verib.
Qəzet qeyd edir ki, Türkiyə hüquq-mühafizə orqanlarında cəsədin parçalandığı güman edilən “C” korpusundan səs yazıları yoxdur. Lakin əsas sübutlardan biri kimi göstərilir ki, qətldən dərhal sonra bu bölmədəki üç otağın divarları yenidən rənglənib. Bundan əlavə, döşəmədə kimyəvi maddələrin qalıqları və elektrik rozetlərində şübhəli şəxslərin barmaq izləri aşkarlanıb. Ələlxüsus, səudiyyəli heyətlə Türkiyəyə gəlmiş məhkəmə-tibb ekspertinin barmaq izləri tapılıb.
Türkiyə hakimiyyəti audioyazını açıqlamır və Səudiyyə Ərəbistanı konsulluğunun dinlənilməsini inkar edir. Lakin mətbuat orqanları həmin audioyazılara istinadən qətlin yeni-yeni təfərrüatlarını dərc edirlər. Yazının surətləri ABŞ, Fransa, AFR, Böyük Britaniya və Səudiyyə Ərəbistanı tərəflərinə ötürülüb. Bütün bunların əsasında ABŞ xüsusi xidmət orqanları qərara gəlib ki, əsas sifarişçi vəliəhddir.
Xatırladaq ki, Camal Qaşıqçı oktyabrın 2-də qətlə yetirilib. O, konsulluğa Türkiyə vətəndaşı olan qadınla evlənə bilmək üçün boşanmasını təsdiq edən sənədləri almaq məqsədilə gəlmişdi. Gələcək gəlin onu konsulluğun yaxınlığında gözləyirdi.
Paxıllıq izi qırmızı xətlə silinməlidir
“Real” öz meydanında məğlub oldu - Fotolar + VİDEO
Avropa Liqasının finalına 100 gün qaldı
Polis qadınları fahişəliyə cəlb edənləri saxladı - FOTO
Tanınmış alimdən ŞOK SÖZLƏR - İnsanlara donuz orqanları köçürülə bilər
Peşə məktəblərinin şagirdləri üçün buraxılış imtahanları başa çatdı
NASA Ayda yaşamaq üçün baza tikməyə hazırlaşır - FOTO
Zakir Həsənov beynəlxalq hərbi sərgidə - FOTO
Evdə köməksiz qalan 2 azyaşlı xilas edildi
Ramil Usubovdan kadr dəyişikliyi ilə bağlı ƏMR
Həyatından bezdi - Özünü evi və maşını ilə birlikdə hərraca çıxardı
Əmisinin evindən oğurluq edən şəxs saxlanıldı
Azərbaycan atleti Dünya Kubokunda gümüş medal qazandı
“Azərbaycanlıları məyus olmamağa çağırıram” - Nazirdən növbəti açıqlama
"Əminəm ki, dostluğumuza heç zaman xələl gəlməyəcək” - Vitse-prezidentdən insidentə MÜNASİBƏT
Polisdən xüsusi əməliyyat: “Lotu Quli”nin adamları tutuldu - VİDEO
Havalar 3 gün qeyri-sabit keçəcək, qar yağacaq, temperatur 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Ucqar kənd müəllimi: “Ləzgilər soyuqqanlı xalq olsalar da...”
Bir şəklin tarixçəsi - “Yeddi oğul”dan kimlər getdi, kimlər qaldı...
Əmanətlərlə bağlı mühüm dəyişiklik
Zakir Həsənov BƏƏ-nin müdafiə məsələləri naziri ilə görüşdü
Amerikalı ilə ailə quran azərbaycanlı xanım - şeirlərinə mahnılar yazılıb
Müğənni Afət Fərmanqızı: “Nəsiminin daha bir qəzəlinə mahnı yazdırmışam”
Hacıqabuldakı ər-arvad intiharı: “Əfsanə ilə Sahib bir-birlərini elə sevirdilər ki...” - Əmisi DANIŞDI
Qobustanda zəncirvari qəza - xəsarət alan var
Mehriban Əliyevanın adından Gəncənin “İmamzadə” dini kompleksində ehsan verildi - FOTO
Daxmalarda yanğın: 9 nəfər ÖLDÜ
Gözlər yoldan yığılarmı... - VII YAZI
Şahzadə "Mançester Yunayted"i 4,9 milyard dollara almaq istəyir
“Barselona” “Real”a qalib gəldi
“Məmmədyarovla dəhlizdə salamlaşa bilərik” - Erməni nazir
Sumqayıtda mağaza yanıb
“Qarabağ” - “Qəbələ” oyunu canlı yayımlanacaq
Ermənilər 7 rayonumuzu atəşə tutublar
Putin və Makron Suriya məsələsini müzakirə etdilər
Hava iki gün qeyri-sabit keçəcək - XƏBƏRDARLIQ
Fətullah Gülən həbs edilib - İDDİA
Cəlilabadda daşqın: Kənd qəbiristanlığı su altında qaldı
Parisdəki aksiyada 26 nəfər saxlanıldı
27 illik Qaradağlı qətliamı: Bir gecədə 23 dinc sakin güllələndi
Təqaüdlərin artırılması ölkə rəhbərinin öz vətəndaşına münasibətinin nəticəsidir
Almaniya-Azərbaycan əməkdaşlığı müzakirə olundu
Gəncədə Mehriban Əliyevanın adından ehsan verilib - FOTOLAR
Bakı metrosunda bıçaqlanma
Leyla Əliyeva uşaqları ilə birgə festivala qatıldı - FOTO
Onun ölümünə teatrın divarları da aglayırdı - Dahi Ələsgər Ələkbərovla bağlı maraqlı XATİRƏ
ABŞ 4 ildə 12 min insanı qətlə yetirib
Sabiq nazirin bacısı “Brexit”lə bağlı canlı yayımda soyundu – VİDEO
Şəmkirdə yeniyetmə bıçaqlandı
İstanbulda daha bir yaşayış binası çökdü - VİDEO
Şərh yaz