Modern.az

Bakı ətrafında yeni həbsxana şəhərciyi salınacaq  

Bakı ətrafında yeni həbsxana şəhərciyi salınacaq   

Aktual

19 Dekabr 2018, 12:45

Bakı şəhərinin Umbakı qəsəbəsində yeni həbsxana, qadın və yetkinlik yaşına çatmayan şəxslər üçün penitensiar kompleks salınır.

 

Modern.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan ədliyyəsinin inkişafına dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nda yer alıb.

 

Sənəddə icraçı orqan qismində Ədliyyə Nazirliyi göstərilib.

 

Belə ki, nazirliyə Bakı şəhərinin Umbakı qəsəbəsində yeni həbsxananın, qadın və yetkinlik yaşına çatmayan şəxslər üçün penitensiar kompleksin, Gəncə və Lənkəran şəhərlərində qarışıq tipli penitensiar komplekslərin tikintisinin başa çatdırılması və onların istifadəyə verilməsi ilə bağlı tədbirlərin görülməsi tapşırılıb.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü