19 fevral 2019, Çərşənbə axşamı
Ana Səhifə - PARLAMENT - Həmsədrdən sərt AÇIQLAMA: “Avropa İttifaqı-Azərbaycan münasibətlərinə kölgə salmaq istəyirlər”
Həmsədrdən sərt AÇIQLAMA: “Avropa İttifaqı-Azərbaycan münasibətlərinə kölgə salmaq istəyirlər”
17.01.2019, 21:59

Bu gün Avropa Parlamentində Azərbaycanla bağlı məsələ müzakirə olunub. Bu müzakirələr ölkəmiz üçün nə vəd edir?

 

Modern.az saytı bu və digər suallara cavab tapmaq üçün Milli Məclisin deputatı, Avropa İttifaqı - Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyevə müraciət edib.

 

 

- Cavanşir müəllim, bu gün Avropa Parlamentində Azərbaycanda insan haqları ilə bağlı müzakirələr olub. Bunu necə dəyərləndirirsiniz?

 

- Bəli, müzakirələr olub. Lakin bu müzakirələri şərh etməzdən əvvəl son yarım ildə Azərbaycan-Avropa münasibətləri kontekstində baş vermiş  bir neçə hadisəyə nəzər salmaq faydalı olardı. Birincisi, keçən ilin iyul ayında – 6 ay öncə Azərbaycanla Avropa İttifaqı arasında “Tərəfdaşlıq prioritetləri” adlı sənəd imzalanıb. Bu sənəd iki tərəf arasında genişlənməkdə və inkişaf etməkdə olan qarşılıqlı münasibətlərin növbəti mərhələsini özündə ehtiva edən Strateji Tərəfdaşlıq Müqaviləsinin əsas konturlarını müəyyən edir. Keçən il ərzində Cənub Qaz Dəhlizinin TANAP seqmenti işə salınıb. Daha sonra dekabrın 12-də Avropa Parlamentinin plenar sessiyasında Azərbaycanın maraqlarına cavab verən, xüsusilə, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin mövqeyini dəstəkləyən qətnamə böyük səs çoxluğu ilə qəbul olunub. Avropa-Azərbaycan əməkdaşlığının bu qədər sürətlə genişlənməsinə rəqiblərimiz laqeyd qala bilməzdi. Həm ölkə daxilində, həm də ölkə xaricində antiazərbaycan qüvvələrin hər hansı addım atacağını gözləmək olardı və biz bunu gözləyirdik. Bu günkü müzakirələr ilk növbədə Avropa İttifaqı və Azərbaycan arasında əməkdaşlığın daha da inkişaf etdirilməsinə xidmət edən sənədlərə kölgə salmaq məqsədi daşıyır. Bu müzakirələr artıq uzun müddətdir ki, antiazərbaycan mövqeyi ilə tanınan siyasətçilər tərəfindən gündəmə gətirilib. Bunu başa düşmək üçün Azərbaycanla bağlı məsələnin müzakirəsi zamanı parlamentin iclas zalına nəzər yetirmək kifayətdir. 751 parlament üzvündən bu müzakirə zamanı cəmi 10-12 nəfər iştirak edirdi. Bu deputatlar da məhz həmin mövzu ətrafında çıxış etmək üçün gələnlər idi.

 

- Bu 10-12 nəfər kimlərdir, onların ölkəmiz əleyhinə çıxış etməsinin səbəbi nədir? 

 

- Bütün parlementlərdə olduğu kimi, Avropa Parlamentində də hər hansı parlament üzvünün istənilən məsələ ətrafında müzakirə açmaq, məsələ qaldırmaq hüququ var. Onların bu hüquqlardan istifadəsində heç bir qəbahət görmürük. Lakin bir qayda olaraq bu müzakirələri gündəmə gətirən deputatlar əslində ayrı-ayrı şəxslərin hüquqlarının müdafiəsi adı altında daha çox Azərbaycanın nüfuzuna xələl gətirmək məqsədi daşıyan kampaniyaların iştirakçılarıdır. Onların bir qismi uzun müddət ərzində Avropada təşkilatlanmış erməni lobbi təşkilatları ilə yaxından əməkdaşlıq edən, mütəmadi olaraq erməni təşkilatlarının tədbirlərində fəal iştirak edən, Avropa insitutlarında ermənilərin maraqlarını müdafiə edən siyasətçilərdir.  Buna əmin olmaq üçün çıxış edənlərin siyahısına nəzər salmaq kifayətdir. Məsələn, onlardan biri - Böyük Britaniyadan olan deputat Çarlz Tannok uzun illərdir ki, qatı ermənipərəst  mövqeyi ilə tanınan deputatdır. O, dəfələrlə Ermənistana və Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlər edib. Azərbaycan höküməti, deputatları və vətəndaş cəmiyyətinin üzvləri dəfələrlə bu deputatın fəaliyyətinə etirazını bildiriblər. Çarlz Tannokun Avropadakı erməni lobbi təşkilatları tərəfindən antiazərbaycan fəaliyyətə cəlb olunduğu çoxdan hamıya məlumdur.

Portuqaliyadan olan deputat Anna Qomez və eləcə də Çexiya respublikasından olan deputat Yaromir Ştetina da uzun illər ərzində ölkəmiz əleyhinə təbliğat aparan, özlərini Ermənistanın dostu adlandıran, dəfələrlə Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlər etmiş, Dağlıq Qarabağda keçirilmiş qondarma seçkilərdə iştirak etmiş, Avropa parlamenti adından saxta bəyanatlar yayaraq separatçılara və işğalçılara mənəvi dəstək vermiş şəxslərdir. Bu deputatlar Azərbaycan əleyhinə istənilən müzakirələrin təşkilində, Azərbaycan əleyhinə qəbul oluna biləcək istənilən mənfi məzmunlu qərarların qəbulunda maraqlıdırlar.  Onlar mütəmadi olaraq Azərbaycanda sosial şəbəkədə yayılan, hüquqi əsası olmayan, dəqiqləşdirilməmiş neqativ məlumatlar əsasında qısa bir zamanda müzakirə açılmasına çalışırlar. Bu deputatların Avropa parlamenti üzvü olduqları bütün müddət ərzində göstərdikləri fəaliyyətə nəzər saldıqda, bu müzakirələrin Azərbaycan əleyhinə planlı şəkildə təşkil olunduğunu görməmək mümkün deyil.

 

- Müzakirələrdə Azərbaycanın mövqeyini dəstəkləyənlər oldumu?

 

- Əlbəttə, Azərbaycana səfər etmiş, ölkəmizdəki durumla yaxından tanış olan deputatlar, o cümlədən, Azərbaycan üzrə məruzəçi, eləcə də Parlament Əməkdaşlıq Komitəsinin həmsədri öz çıxışlarında qarşılıqlı əməkdaşlıq sahəsində, o cümlədən insan haqları ilə bağlı məsələlərdə uğurlar əldə olunduğunu diqqətə çatdırdılar. Birtərəfli qaydada tənqid etmək yox, iqtisadi münasibətlərimizdə olduğu kimi, digər istiqamətlərdə də, xüsusən insan haqları sahəsində də yaxından əməkdaşlıq etməyin daha faydalı olacağına inandıqlarını bildirdilər. Əslində biz özümüz də insan haqları ilə bağlı məsələnin gündəmə gətirilməsində maraqlıyıq və dəfələrlə 1 milyondan çox qaçqın və köçkünlərimizin ən adi insan haqlarından məhrum edildiyini, onların etnik təmizləməyə məruz qaldıqlarını, həyat, mülkiyyət, ləyaqət, şərəf, azadlıq və s. hüquqlarının kobud şəkildə pozulduğunu bildirmişik. Bu hüquqların bərpa olunması üçün Avropa Parlamentini zəruri addımlar atmağa çağırmışıq. Təəssüflər olsun ki, Avropa bir milyondan çox soydaşımızın insan haqlarına münasibət bildirməkdə hələlik acizlik göstərir. Bu da onu göstərir ki, ölkəmizə qarşı insan haqları ilə bağlı iradlar və tənqidlər səsləndirən deputatlar heç də obyektiv mövqedən çıxış etmirlər.

 

- Qətnamədə Azərbaycanda söz və mətbuat azadlığının təmin edilməsinə və siyasi məhbusların buraxılmasına çağırış yer alıb. Sizcə bunun nəticəsi nə ola bilər?

 

- Bəli, Qətnamədə Azərbaycanda söz və mətbuat azadlığının təmin olunması və siyasi məhbus hesab olunan insanların azad edilməsi haqqında çağırışlar səsləndirilib. Lakin eyni zamanda ölkəmizdə mətbuat və söz azadlığının təmin olunduğu, mətbuata, fikir və söz azadlığına qarşı senzuranın olmadığı həm ölkə əhalisinə, həm də Avropa Parlamenti üzvlərinin çoxuna yaxşı məlumdur. Azərbaycanda saysız-hesabsız elektron KİV-lər, mətbuat orqanları, qəzet və jurnallar fəaliyyət göstərir. 3 milyona yaxın insan sosial şəbəkə iştirakçılarıdır. Vətəndaş cəmiyyəti qurumlarının fəaliyyətinə heç bir məhdudiyyət yoxdur. Minlərlə QHT-lər sərbəst və səmərəli fəaliyyət göstərirlər. Sadəcə mətbuat işçisi adından, jurnalist, QHT üzvü statsusundan sui-istifadə hallarına da rast gəlmək mümkündür. Belə hallar baş verdikdə söz və fikir azadlığı ilə, eləcə də şərəf və ləyaqətlə bağlı hüququn digər aspektləri meydana çıxır. Bəzi jurnalistlərin insan ləyaqətini və şərəfini alçaldan və yaxud qeyri-qanuni olaraq insanların şəxsi həyatına müdaxilə kimi qiymətləndirilən iddiaları hüquq müstəvisinə gətiriləndə qanun işə düşür. Qanunla qadağan olunmuş fəaliyyətlərin qarşısı isə hüquq mühafizə orqanları tərəfindən alınır. Bu zaman hüquqi məsuliyyətə cəlb edilən insanlar öz mövqelərini müdafiə etmək üçün insan haqlarının pozulmasını iddia edərək, onlara qarşı irəli sürülmüş ittihamlardan və məsuliyyətdən kənarda qalmağa çalışırlar. Təəssüf ki, Avropa parlamentinin bəzi üzvləri məsələlərin mahiyyətini bilmədən və bir qismi isə bilərəkdən, sosial şəbəkələrdə yayılan məlumatlara istinad etməklə bu məsələlər ətrafında müzakirələr açmağa müvəffəq olurlar. Biz dəfələrlə bəyan etmişik ki, Azərbaycan bütün dünyaya açıq ölkədir, biz həmişə Avropalı siyasətçiləri də dəqiq və düzgün məlumatlanmaq üçün ölkəmizə dəvət edirik və bir qayda olaraq həmin səfərlərdən sonra onlar bu kimi kampaniyalara daha adekvat reaksiya verirlər. Amma bəzi tənqidçilərimiz gəlib vəziyyəti yerində görməkdən və qiymətləndirməkdən də imtina edirlər. Bu isə o deməkdir ki, onların ölkəmizə münasibəti qərəzlidir və bizə düşmən mövqedə dayananların maraqlarına xidmət edirlər.

 

- Bu müzakirələr Avropa parlamenti ilə Milli Məclis arasında münasibətlərə necə təsir edəcək və bundan sonra əlaqələrin hansı istiqamətdə inkişaf edəcəyini gözləmək olar?

 

- Bu kimi hallara baxmayaraq, Avropa parlamenti ilə Milli Məclis arasında olan əməkdaşlıq uzun illərdir davam etdirilir. Qısa fasilədən sonra 2016-cı ildə bərpa olunan əməkdaşlıq bu günə qədər uğurla davam etdirilir və əminəm ki, yenə də davam etdiriləcəkdir. Avropa İttifaqı ilə Azərbaycan arasında faydalı strateji əməkdaşlıq mövcuddur və bu, iki tərəfin qanunverici orqanları arasında da öz əksini tapır. Belə ki, Parlament Əməkdaşlıq Komitəsi vasitəsilə Avropa parlamenti və Milli Məclis arasında sıx əməkdaşlıq var. Bunun əsasında hər iki parlamentin nümayəndə heyətləri mütəmadi görüşlər keçirir, hər iki tərəfi maraqlandıran çoxsaylı məsələlər müzakirəyə çıxarılır. Komitə iclaslarından biri keçən ilin may ayında Bakıda baş tutub. Növbəti komitə iclası yaxın aylarda Avropa Parlamentində baş tutacaq. İnanıram ki, hər iki tərəfi maraqlandıran və ya narahat edən məsələlər bu iclasda müzakirə olunacaq. Avropalı həmkarlarımızla bu istiqamətdə geniş fikir mübadiləsi aparacağıq. 

 


Aysel Aslan
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Ağstafada 2 saylı məktəbdə ana dili günü qeyd olunub
26.02.2019, 19:29

Ağstafada 2 saylı məktəbdə ana dili günü qeyd olunub

Bakıda bu yollarda tıxac var - Rəsmi XƏBƏRDARLIQ
19.02.2019, 19:14

Bakıda bu yollarda tıxac var - Rəsmi XƏBƏRDARLIQ

“O, ölkədən qaçmaq niyyətindədir”- ADU-dan Kamal Abdulla ilə bağlı ittihamlara CAVAB
19.02.2019, 19:02

“O, ölkədən qaçmaq niyyətindədir- ADU-dan Kamal Abdulla ilə bağlı ittihamlara CAVAB

TAP layihəsi 85 faizdən çox icra olunub
19.02.2019, 18:25

TAP layihəsi 85 faizdən çox icra olunub

Netanyahu Putinlə görüşəcək
19.02.2019, 18:09

Netanyahu Putinlə görüşəcək

Muzey ziyarətləri üçün onlayn bilet almaq mümkün olacaq
19.02.2019, 18:01

Muzey ziyarətləri üçün onlayn bilet almaq mümkün olacaq

200 köçkün ailəsinə yeni mənzillər verildi - FOTOLAR
19.02.2019, 17:58

200 köçkün ailəsinə yeni mənzillər verildi - FOTOLAR

Ötən ildən axtarışda olan şəxs saxlanıldı
19.02.2019, 17:54

Ötən ildən axtarışda olan şəxs saxlanıldı

Məmmədyarov Avropa Komissiyasının rəsmisi ilə müzakirə apardı
19.02.2019, 17:38

Məmmədyarov Avropa Komissiyasının rəsmisi ilə müzakirə apardı

Rövşən Rzayev köçkünlərin problemlərini dinlədi
19.02.2019, 17:34

Rövşən Rzayev köçkünlərin problemlərini dinlədi

“Balkanlardakı türklər türkcənin varlığını qoruyur” - MÜSAHİBƏ   
19.02.2019, 17:27

“Balkanlardakı türklər türkcənin varlığını qoruyur” - MÜSAHİBƏ  

Azercell IV Buktreyler Festivalının əsas tərəfdaşıdır
19.02.2019, 17:26

Azercell IV Buktreyler Festivalının əsas tərəfdaşıdır

Koçaryanın oğlu ifadə verməkdən imtina etdi
19.02.2019, 17:22

Koçaryanın oğlu ifadə verməkdən imtina etdi

Manatın sabahkı məzənnəsi dəyişir?
19.02.2019, 17:14

Manatın sabahkı məzənnəsi dəyişir?

Baş redaktor Britaniyanın Bakıdakı səfirliyinə getdi  
19.02.2019, 17:11

Baş redaktor Britaniyanın Bakıdakı səfirliyinə getdi  

İran Avrasiya İttifaqına qoşulacaq
19.02.2019, 17:08

İran Avrasiya İttifaqına qoşulacaq

“Bu tullantılarla dənizlər, göllər, meşələr, çaylar çirklənir”
19.02.2019, 17:05

“Bu tullantılarla dənizlər, göllər, meşələr, çaylar çirklənir”

Azərbaycanla sərhəddə kamikadze öldürüldü
19.02.2019, 16:59

Azərbaycanla sərhəddə kamikadze öldürüldü

Zabit Səmədov: “Çeçen və azərbaycanlılar arasındakı bugünkü görüş dövlət başçılarının təşəbbüsü idi”   
19.02.2019, 16:58

Zabit Səmədov: “Çeçen və azərbaycanlılar arasındakı bugünkü görüş dövlət başçılarının təşəbbüsü idi”  

Rumıniya Cənub Qaz Dəhlizinə qoşulur?
19.02.2019, 16:45

Rumıniya Cənub Qaz Dəhlizinə qoşulur?

Oqtay Şirəliyev ATU-nun yeni Tədris Mərkəzinə gəldi 
19.02.2019, 16:04

Oqtay Şirəliyev ATU-nun yeni Tədris Mərkəzinə gəldi 

Meksika rəsmisi Tərcümə Mərkəzində
19.02.2019, 16:04

Meksika rəsmisi Tərcümə Mərkəzində

“Nar” sosial şəbəkələrdən abunəçilərinə müştəri xidmətləri göstərir
19.02.2019, 16:00

“Nar” sosial şəbəkələrdən abunəçilərinə müştəri xidmətləri göstərir

İlham Əliyevin vəzifə verdiyi diplomat DANIŞDI: “Prezidentin Mərkəzlə bağlı bəzi tapşırıqları var”   
19.02.2019, 15:58

İlham Əliyevin vəzifə verdiyi diplomat DANIŞDI: “Prezidentin Mərkəzlə bağlı bəzi tapşırıqları var”  

ATƏT-in Baş katibi Bakıya gələcək
19.02.2019, 15:48

ATƏT-in Baş katibi Bakıya gələcək

Bakıda beynəlxalq forum işə başlayıb
19.02.2019, 15:47

Bakıda beynəlxalq forum işə başlayıb

UNEC-də “Akademik İngilis dili” kursları başlayacaq
19.02.2019, 15:28

UNEC-də “Akademik İngilis dili” kursları başlayacaq

Anar Kərimov nazir müavini oldu - TƏYİNAT
19.02.2019, 15:25

Anar Kərimov nazir müavini oldu - TƏYİNAT

Dövlət Agentliyi yollardakı son vəziyyəti açıqladı - SİYAHI   
19.02.2019, 15:09

Dövlət Agentliyi yollardakı son vəziyyəti açıqladı - SİYAHI  

Deputat hüquq müdafiəçilərinin Ramil Usubova müraciətini dəstəklədi
19.02.2019, 15:03

Deputat hüquq müdafiəçilərinin Ramil Usubova müraciətini dəstəklədi

Amerikada Elçin Xəlilovun qatilini tutdular
19.02.2019, 15:00

Amerikada Elçin Xəlilovun qatilini tutdular

“Ümumi təhsil haqqında” qanun layihəsi ikinci oxunuşda qəbul edildi
19.02.2019, 14:51

“Ümumi təhsil haqqında” qanun layihəsi ikinci oxunuşda qəbul edildi

Əflatun Amaşov: “Ağsu dolaylarında erməni radio dalğaları eşidilir”
19.02.2019, 14:47

Əflatun Amaşov: “Ağsu dolaylarında erməni radio dalğaları eşidilir”

“90-cı illərdə özünü lider hesab edənlər akivləşiblər” – Deputat sərt DANIŞDI
19.02.2019, 14:42

“90-cı illərdə özünü lider hesab edənlər akivləşiblər” – Deputat sərt DANIŞDI

İlham Əliyev keçmiş səfiri yeni vəzifəyə təyin etdi
19.02.2019, 14:42

İlham Əliyev keçmiş səfiri yeni vəzifəyə təyin etdi

Sumqayıtda mənzildə qadın meyiti aşkarlandı
19.02.2019, 14:37

Sumqayıtda mənzildə qadın meyiti aşkarlandı

Piştaxtasında siçan gəzən “Gəncə Cake House”ın fəaliyyəti DAYANDIRILDI
19.02.2019, 14:35

Piştaxtasında siçan gəzən “Gəncə Cake House”ın fəaliyyəti DAYANDIRILDI

Binəqədidə 12 dilənçi saxlanıldı
19.02.2019, 14:32

Binəqədidə 12 dilənçi saxlanıldı

Yaddaş düşüncələri... - VİDEO
19.02.2019, 14:32

Yaddaş düşüncələri... - VİDEO

Azərbaycanda yeni medal təsis edildi
19.02.2019, 14:18

Azərbaycanda yeni medal təsis edildi

Spiker deputata etiraz etdi: “Zəhmət çəkib hazırlaşsınlar”
19.02.2019, 14:09

Spiker deputata etiraz etdi: “Zəhmət çəkib hazırlaşsınlar”

“Qırıcı təyyarələr almaq istəyi lüzumsuz pul xərcidir” - Ekspert Yerevanı BİABIR ETDİ
19.02.2019, 14:08

“Qırıcı təyyarələr almaq istəyi lüzumsuz pul xərcidir” - Ekspert Yerevanı BİABIR ETDİ

Azərbaycanda reklam yerlərinin siyahısı genişləndirildi   
19.02.2019, 14:05

Azərbaycanda reklam yerlərinin siyahısı genişləndirildi  

“Bunların arxasında leş mafiyası durur” – Çingiz Qənizadə
19.02.2019, 14:04

“Bunların arxasında leş mafiyası durur” – Çingiz Qənizadə

Əhalinin hər nəfərinə düşən ÜDM-in həcmi açıqlandı
19.02.2019, 13:42

Əhalinin hər nəfərinə düşən ÜDM-in həcmi açıqlandı

Vəzifəlilər 700, hüquqi şəxslər 2500 manat cərimələnəcəklər - DƏYİŞİKLİK
19.02.2019, 13:40

Vəzifəlilər 700, hüquqi şəxslər 2500 manat cərimələnəcəklər - DƏYİŞİKLİK

“Gənclər siyasəti haqqında” qanuna dəyişikliklər II oxunuşda qəbul edildi
19.02.2019, 13:36

“Gənclər siyasəti haqqında” qanuna dəyişikliklər II oxunuşda qəbul edildi

Balakəndə heyvanlar peyvəndləndi
19.02.2019, 13:33

Balakəndə heyvanlar peyvəndləndi

Gəncədə sakinlər icra başçısına şikayət etdilər
19.02.2019, 13:29

Gəncədə sakinlər icra başçısına şikayət etdilər

Bakıda silahlı şəxs saxlanıldı
19.02.2019, 13:28

Bakıda silahlı şəxs saxlanıldı

ARXİV