Modern.az

Deputat: "Yeni media ənənəvi jurnalistikanı sıradan çıxara bilməyəcək”

Deputat: "Yeni media ənənəvi jurnalistikanı sıradan çıxara bilməyəcək”

9 Dekabr 2011, 10:54

İsmayıllı rayonunda Gənclər Təşkilatlatı Milli Şurasının (ARGTMŞ) tərəfindən dünəndən etibarən  reallaşdırılan  “Jurnalistlər üçün qış məktəbi” layihəsi  çərçivəsində  növbəti tədbir bü gün də öz işini davam etdirir.

Modern.az-ın məlumatına görə, bugünkü tədbirdə “Yeni media səraitində jurnalistin peşəkarlıq səviyyəsi” mövzusunda çıxış dinlənilib və  bu ətrafda  geniş, gərgin müzakirələr olub.

Millət vəkili Fuad Muradov  müzakirələr zamanı  yeni medianın bütün hallarda ənənəvi jurnalistikanı  sıradan çıxara bilməyəcəyini dilə gətirib:

“Düzdür, bu gün yeni media - facebok, tvitter, bloqlar, sosial şəbəkələr günümüzün reallığıdır, bunlardan qaçmaq mümkün deyil, ancaq bununla belə, yenə  o fikirdə qalıram, yeni media ənənəvi jurnalistikanı sıradan çıxara bilməyəcək. Mən bir müddət öncə Oksfordda oldum və orada bir  təlimdə iştirak etdim. Orada çox marqalı yanaşmalar var idi. Onların  belə bir  maraqlı yanaşması var idi  ki, xəbər neçə oxunacaq.  Yəni, onlar məqsədli məlumatın, xəbərin  yayılmsasında marqalı olduqlarını  ortaya  qoyurdular”.

Tədbir zamanı  sonra “Gənclər fondu” layihəsinin təqdimatı  keçirilib.

Məlum olub ki, artıq ölkənin  21 bölgəsində belə fondlar fəaliyyət göstərir və onların da əsas məqsədi gəncləri maraqlandıran, narahat edən bir sıra məsələlərin  həllinə köməklik göstərməkdir.

Həmcinin, bu fondlar tərəfindən bölgələrdə azyaşlı qızların təhsildən yayındırılması, bəzi hallarda isə  ailələri tərəfindən qızların erkən yaşlarında nikahlara məcbur edilməsi məsələsi ilə qızlar arasında müvafiq  təlimlər, maarifləndirmə işləri aparılıb və  əvvəlki illərlə müqayisədə bu yöndə müsbət irəliləyişlərə  nail olunub.

Bununla yanaşı, təbir çərçivəsində təlimçi Rəna Tahirova tərəfindən jurnalistlər arasında maraqlı intellektual yarış keçirilib.

Qeyd edək ki, tədbir çərçivəsində  bu gün “Media hüququ və Azərbaycan gerçəkliyi” movzusunda hüquqşünas Ələsgər Məmmədlinin, “Fotojurnalistika və Azərbaycan reallığı” mövzusunda Rasim Sadıxovun, “Sosial jurnalistika perspektivəri və müasir texnologiyalar” mövzusunda BDU-nun jurnalistika kafedrasının müəllimi Zaur Babayevin məruzələri dinləniləcək, o cümlədən, jurnalistlər arasında xəritə yarışı, əyləncəli, intellektual oyun keçiriləcək.

“Media hüququ və Azərbaycan gerçəkliyi” mövsusunda danışan Ə.Məmmədli qeyd edib ki, bu gün jurnalistlər arasında peşə həmrəyliyinə ehtiyac var.

Onin dediyinə, təəssüflər olsun ki, bu gün Azərbaycan jurnalistikası və jurnalistləri bu və ya digər səbəblərdən  parçalanmış vəziyyətdədir:

“Bu gün müəllimlər, tibb işciləri və digər peşə əməkdaşları  arasında bir həmrəylik olsa da, jurnalistlər arasında belə bir həmrəylik yoxdur. Hətta, bu münasibətlər düşmənçilik  və  qarşılıqlı  təhqir səviyyəsindədir. Ona görə  bu cür  tədbirlərin keçirilməsi çox vacibdir ki, jurnalistlər arasında da  belə bir həmrəylik əldə edilsin”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı